Mobil versiya
Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaqlar yaradılacaq
Tarix: 13-05-2019 | Saat: 11:59
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaqlar yaradılacaq


"Zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması ilə bağlı hökumətə təkliflər verilib, bunun üzərində iş aparılır".

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

Ombudsmanın sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasında bir sıra uğurlar qazanılıb.

E. Süleymanova qeyd edib ki, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaqlara zorakılığın aradan qaldırılması vacibdir. (ONA)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024