Mobil versiya
Azad Rəhimov: İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək
Tarix: 6-05-2019, 10:21 | Saat: 15:47:00
Bölmə:Manşet / İdman | çapa göndər

Azad Rəhimov:


İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin toplantısında deyib.

Nazir qeyd edib ki, bu tədbir tək Azərbaycan üçün yox, bütün Avropa üçün vacib hadisədir:

“Burada növbəti illərdə dünya, Avropa çempionatları, Olimpiya oyunlarında iştirak edəcək gənclər sınaqdan keçirilir. Onlar bir araya yığışaraq peşəkarlıqlarını göstərəcəklər”.

A.Rəhimovun sözlərinə görə, hazırda Bakıda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətdədirlər: “Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu tək idman yox, həmçinin Avropa gənclərinin dostluq festivalı olsun, bir-birləri ilə tanış olsunlar, mədəniyyətlərin, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, 4 mindən artıq idmançı və nümayəndə heyətlərinin qatıldığı bu tədbir yüksək səviyyədə keçiriləcək”.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idman nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


aia.az



572 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}