Mobil versiya
QMİ sədri İmamzadə kompleksinin qorunmasında Zərifə Əliyevanın xidmətlərini açıqlayıb
Tarix: 29-04-2019, 11:53 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

QMİ sədri İmamzadə kompleksinin qorunmasında Zərifə Əliyevanın xidmətlərini açıqlayıb


Sovetlər dövründə Gəncə İmamzadən kompleksinin qorunmasında Zərifə Əliyevanın böyük rolu olub.

ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, Gəncədən bir dəstə kommunist məktub yazmışdı ki, nə qədər ki, İmamzadə Gəncədə var, biz kommunizm təbliğatını effektli apara bilməyəcəyik: “Məni də Hökumət Evinə, Siyasi Büronun iclasına çağırılmışdım. Qərar verildi ki, İmamzadə təmir adı altında dağlansın, sonra yavaş-yavaş məhv edilsin. İclasda dedilər ki, bu məxfi qərardır, heç kim bilməməlidir. Evə gəlib ağladım. Zərifə Əliyeva həmişə Validə adlı birini göndərirdi, “Yasin” oxutdururdu. Validə də Gəncədən idi. Mən dərdimi ona dedim. Dedim ki, bir xahişimi Zərifə xanıma çatdırın. Zərifə xanıma çatdırın, Heydər Əliyevə desin, bu məsələdə kömək etsin. 15 gün keçdi. Gecələr qorxudan yata bilmirdim ki, birdən gəlib məni də apararlar. 15 gündən sonra Validə xanım gəldi, dedi ki, Zərifə xanıma dedim. Bundan sonra İmamzadəni təmir etdilər, yenə istifadəyə verildi”.

QMİ sədrinin fikrincə, əsas odur ki, insan öz sifətini itirməsin, Allaha inansın: "Zərifə xanımın ad günü olduğu üçün onu yada salıram. Allah ona rəhmət eləsin!"

aia.az



5138 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031