Mobil versiya
Elçi göndərdiyi qızı başından vurdu, anasını isə... - 19 İL HƏBS
Tarix: 26-04-2019 | Saat: 13:04
Bölmə:Cəmiyyət | çapa göndər

Elçi göndərdiyi qızı başından vurdu, anasını isə...


Elçi göndərdiyi qızı öldürməkdə, onun anasını isə ağır yaralamaqda təqsirləndirilən Sabir Qədimovun məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə, prokuror Sabir Qədimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun anası isə cəza ilə razı olmadığını, ömürlük cəza verilməsini istəyib.

S.Qədimov son sözündə əməlindən peşman olduğunu deyib.

S.Qədimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Məhkəmədə isə ortaya çıxıb ki, Sabir Qədimov mərhumun evinə elçi kimi yox, Aytənlə mübahisə etməyə gəlibmiş.

Mübahisədən sonra S.Qasımov babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Mərhumun anası məhkəmədə iddia edib ki, S.Qədimov A.Cəfərovanı dəfələrlə zorlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024