Mobil versiya
Nazirin qohumu hakimiyyəti necə hədəfə çevirir
Tarix: 13-01-2016, 15:27 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Nazirin qohumu hakimiyyəti necə hədəfə çevirir
Nazirin qohumu hakimiyyəti necə hədəfə çevirir
Ağsu rayonunda əhali sosial problemlərə etiraz edərək, yanvarın 13-də şəhər parkına və mərkəzi yola toplaşıb. Etirazın əsas səbəbinin sosial problemlər, kəskin bahalıq, xüsusən də unun qiymətinin qalxması olduğu bildirilir. Həmçinin, toplaşanlar kredit borclarından və işsizlikdən də narazılıqlarını bildiriblər. Onlar icra başçısının talana son qoyulmasını da tələb ediblər. Bildirilir ki, aksiya xüsusi olaraq, təşkil edilməyib və kimsə rəhbərlik etmir.

Musavat.com-a bununla bağlı aksiya iştirakçıları məlumat veriblər. Bildirilir ki, aksiyada mindən artıq insan iştirak edib. Onlar sosial problemlərə və qiymət artımına etiraz ediblər. Polis aksiyaya müdaxilə etməsə də, onların problemlərini aidiyyatı qurumlara deməsini təklif edib.

Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub.

Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib.

Bununla bağlı DİA.AZ-a isə ilginc məlumat daxil olub. Hökumətdəki mənbə redaksiyamıza bildirib ki, Ənvər Seyidəliyevin hakimiyyəti hədəfə gətirməsi "yuxarılar" tərəfindən heç də sakit qarşılanmayıb.

Mənbənin söylədikləri: "Seyidəliyev bu şəkildə etiraçıları sakitləşdirirsə, deməli, özünü bu hakimiyyətdən biri hiss etmir. Bu faktor isə "yuxarılar"ı rəsmən hirsləndirib. Təbii ki, cəza olacaq".

Qarşı tərəfi də dinləməyə hazırıq... DİA.AZ



5575 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930