Mobil versiya
MƏDƏNİYYƏT NAZİRLİYİNİN MƏDƏNİYYƏT ÜZRƏ ELMİ-METODİKİ VƏ İXTİSASARTIRMA MƏRKƏZİ İLƏ MEMORANDUM İMZALANIB - FOTOLAR
Tarix: 18-04-2019 | Saat: 16:39
Bölmə:Təhsil | çapa göndər

MƏDƏNİYYƏT NAZİRLİYİNİN MƏDƏNİYYƏT ÜZRƏ ELMİ-METODİKİ VƏ İXTİSASARTIRMA MƏRKƏZİ İLƏ MEMORANDUM İMZALANIB




Müxtəlif sahələrə aid olan metod və potensialların səfərbər olunması, habelə müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkə rəhbərliyinin dövlət idarəetmə siyasətinin əsas xüsusiyyətlərindəndir. Fəaliyyətin səmərəliliyinin artırılması, habelə müxtəlif sahələrin potensiallarının səfərbər olunması məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq öz rəsmi tərəfdaşlıq əlaqələrini genişləndirir. Yerli və xarici elmi, habelə ali təhsil müəssisələri ilə əməkdaşlıq nəticəsində fərqli təyinatlı layihələrin reallaşmasına müvəffəq olmuş Mərkəz mədəniyyət sahəsində çalışan əməkdaşların peşə hazırlıq səviyyəsinə xüsusi diqqət ayırmaqdadır.

Belə ki, Mərkəzin önəmli fəaliyyət istiqamətlərindən biri Uşaq Musiqi və İncəsənət Məktəblərində çalışan pedaqoji heyətinin hazırlıq səviyyəsidir. Mövcud istiqamətdə müxtəlif təyinatlı tədbirləri reallaşdıran Mərkəz aprelin 17-də Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Sözügedən ali məktəblə əməkdaşlığın əsas predmeti Uşaq Musiqi və İncəsənət Məktəblərinin müəllimləri üçün müxtəlif təlimlərin təşkili ilə yanaşı, müvafiq tədris proqramlarının hazırlanması və Gəncə Dövlət Universitetinin tələbələri üçün təcrübə keçmələrinin təşkilindən ibarətdir. Böyük ənənələrə malik olan adıçəkilən ali məktəblə əməkdaşlıq eyni zamanda universitetin tələbələri üçün gələcək iş yerlərinin müəyyən olunmasına da xidmət edəcəkdir.






















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024