Mobil versiya
Bacanağının qızına pulla cinsi əlaqə təklif etdi, öldürüldü - BAKIDA İYRƏNCLİK
Tarix: 9-04-2019, 12:29 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bacanağının qızına pulla cinsi əlaqə təklif etdi, öldürüldü -


Bacanağını öldürməkdə ittiham olunan Şahin Qasımovun məhkəməsi yekunlaşıb.

Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin hökmünə əsasən, Şahin Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.



Bu ilin yayında Abşeron rayonu Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində, həmin ərazidə yaşayan Ş.Qasımov bacanağı M.Abbasovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Abbasov xəstəxanada ölüb.

Ş.Qasımov barəsində Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səsbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qasımov məhkəmədə peşman olmadığını söyləyib. Qasımov bacanağını namus üstündə öldürdüyünü deyib. O, bildiribki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb: "Bacanağım Müşfiq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam. Əməlimdən peşman deyiləm. Müşfiqin bu binamus hərəkətlərindən xəbərsiz idim. Müşfiq qızıma pulla cinsi əlaqəyə girməyi də təklif edib. Yaxşı ki, elə qeyrətsiz adamı öldürmüşəm"

aia.az



5228 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930