Mobil versiya
Miri Yusif yeni mahnısını təqdim edib
Tarix: 1-04-2019, 15:04 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Miri Yusif yeni mahnısını təqdim edib



İyulun 7-si, 8-i və 9-da “Yaşıl teatr”ın səhnəsində populyar müğənni Miri Yusifin solo konserti olacaq. İndi həmin konsertə fəal hazırlıqla əlaqədar, başı çox qarışıq olsa da, fanatları üçün həmişə vaxt tapır, onlarla tez-tez özünəməxsus formada ünsiyyət saxlayır. Bu günlərdə müğənni “avantüraya əl atıb” və Instagram səhifəsində öz abunəçilərinə belə bir sualla müraciət edib: “Qarşıdakı konsertdə mənim repertuarımdan ən çox hansı mahnını eşitmək istəyərdiniz?”.

Abunəçilər sevimli mahnılar barədə fikirlərini bölüşmək fürsətini qaçırmayıb və Direct-də müğənniyə fəal cavab verməyə başlayıblar, Miri Yusif özü isə pərəstişkarlarının sevgi və sədaqətini diqqətsiz qoymayıb və Stories-də öz arzularını bölüşməyə başlayıb. Beləliklə, müxtəlif illərdə yazılmış mahnılar sadalanıb. Bəzi fanatlar yazırdılar ki, Miri Yusifin bütün mahnılarını xoşlayırlar, başqaları deyirdilər ki, müğənninin köhnə mahnıları onların ruhuna daha yaxındır. Ona Təbrizdən də yazırdılar, Azərbaycanın regionlarından da, artisti orada konsertlə gözlədiklərini bildirirdilər – bir sözlə, abunəçilərdən hər birinin Miri Yusifə deməyə sözü, onunla bölüşməyə fikri vardı. Yəqin ki, tamaşaçı ilə belə interaktiv ünsiyyət artistin qarşıdakı konsert proqramına hazırlaşmasına kömək edəcək.

Amma bu, yalnız başlanğıc idi – iki gündən sonra artist öz pərəstişkarlarının yeni mahnı ilə sevindirib – Miri Yusif şəxsi YouTube kanalında “Ruzigar” mahnısını təqdim edib. Sözləri Fidan Axundovaya aid olan bu mahnının musiqisini müğənni özü yazıb.

Müğənni bu dəfə də öz stilinə sadiqdir: yenə xoşbəxtliyin qeyri-mümkünlüyü haqqında, əldən verilmiş imkanlar haqqında oxuyur, amma yenə də özünü belə bir ümidlə sakitləşdirir ki, “Bu dünyada bir tək ölümə çarə yox”.

Bu fraza çoxlarının ürəyincə olub, abunəçilər YouTube-dakı şərhlərində bu haqda yazır, amma onlar müğənnidən bu yeni mahnıya klip də çəkdirməsini tələb edirlər. Müğənni özü bu tələbləri hələlik şərh etmir – ola bilsin, yaxın gələcəkdə onun fanatlarını daha bir sürpriz gözləyir.

aia.az



5190 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}