Mobil versiya
Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO
Tarix: 18-03-2019, 18:32 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO



Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov 2019-cu il martın 18-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının binasında aztəminatlı ailələrin nümayəndələri ilə görüşmüşdür.

Millət vəkili K.Qafarov ölkəmizdə gedən son quruculuq proseslərindən, sosial-iqtsadi tərəqqidən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əhalinin rifahının yüksəldilməsinə yönəlmiş, xalqın ürəyindən xəbər vermiş tarixi sərəncam və fərmanlarından, yeni islahatların stragesiyasından geniş söhbət açmışdır.

Sakinlər ötən həftənin sonunda öz işini başa çatdırmış Bakı Humanitar Forumu, Azərbaycana onlarla dünya şöhrətli siyasi xadimin gəlişi, ondan əvvəl ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanını Şamaxı və Ağsu rayonlarında zəlzələdən ziyan çəkmiş insanlarla görüşü və digər əlamətdar hadisələr haqqında ətraflı şəkildə məlumatlandırılmışlar.

K.Qafarov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayaraq 431 ailəni ürəkdən sevindirmiş və hər azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə sübuta yetirmişdir.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və sakinlər çıxış edərək əhalinin rifahına yönəlmiş son sərəncam və fərmanlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Görüşün sonunda millət vəkili tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etmiş, aztəminatlı ailələrə, əlil və şəhid ailələrinə bayram sovqatları təqdim olunmuşdur.

aia.az






5120 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}