Mobil versiya
Avropa Oyunlarının təşkilatçıları hava proqnozlarına görə nazirə təşəkkür etdi - FOTO
Tarix: 4-07-2015, 14:05 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Avropa Oyunlarının təşkilatçıları hava proqnozlarına görə nazirə təşəkkür etdi - FOTO
Məktub göndərildi.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn “Bakı-2015 Avropa Oyunları”ndan əvvəl və oyunların keçirildiyi müddətdə göstərdiyi meteoroloji və ekoloji müşahidələr, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırova təşəkkür məktubu göndərib.

“Hörmətli cənab Nazir,

Bakı-2015 Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Nazirliyinizin müvafiq qurumları tərəfindən göstərilmiş meteoroloji və ekoloji müşahidələrə, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Sizə öz təşəkkürümüzü bildirmək istəyirik.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Atlet Xidmətləri və İdman Əməliyyatları Departamenti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oyunlara cavabdeh qurumları arasında hələ 2014-cü ilin noyabr ayından sıx əlaqələr yaradılib.

Məmnuniyyətlə bildiririk ki, yüksək professionallardan ibarət komandanızla ilk görüşdən qarşılıqlı inam və anlaşma əlaqələri yaranıb.

Oyunlar vaxtı Milli Hidrometeorologiya Departamenti əməkdaşlarının meteoroloji avadanlıqların quraşdırıldığı idman obyektlərində növbətçiliyi qrafikə uyğun təmin olunaraq meteoroloji məlumatlar və proqnozlar vaxtında BAOƏK-in mərkəzi qərargahına ötürülwb. Hava proqnozlarının yüksək keyfiyyətini əlavə qeyd edirik.

İlk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasında Nazirliyinizin üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinizə və göstərdiyiniz dəstəyə görə Sizə və müəyyən etdiyiniz komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk”.



5554 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-10-2019
14-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031