Mobil versiya
Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər - Tədqiqat
Tarix: 12-02-2019, 11:37 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı | çapa göndər

Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər - Tədqiqat


Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə araşdırmalar apararkən yeni nəticələr əldə edib.

aia.az xəbər verir ki, bu barədə Trend-ə institutun direktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə uzunömürlülərlə yanaşı, onların qohumları üzərində də araşdırma aparılıb. Araşdırmanın aparılmasında məqsəd uzunömürlülərdə sinir sisteminin funksional vəziyyətini və beynin uyğunlaşma mexanizmlərini tədqiq etmək olub. Tədqiqat nəticəsində uzunömürlülərlə qohumluğu olmayan insanlarla müqayisədə uzunömürlülərin yaxın qohumlarında baş beynin bioelektrik aktivliyinin strukturunda, gicgah nayihələrində daha yüksək aktivlik aşkar edilib. Bu da uzunömürlülərin yaxın qohumlarında yaddaş, afferent informasiyanın (eşitmə, görmə) inteqrasiyası və emosional fonun harmonizasiyasını təmin edən proseslərin daha yüksək səviyyədə olmasını göstərir.

U.Həşimova qeyd edib ki, sadalanan dəlilllər uzunömürlülərin qohumlarının da gələcəkdə uzunömürlü olacağına zəmin yaradan əsas faktorlardan biridir.

Uzunömürlülərin gecə yuxusu ilə bağlı da araşdırma apardıqlarını deyən institut direktoru əlavə edib ki, uzunömürlülərin sürətli yuxu davamlılıgı çox olur.

Onun sözlərinə görə, uzunömürlünün gecə yuxusunun strukturunda REM fazanın dominantlığı irsi-genetik informasiyanın işlənmə mexanizmlərinin üstünlüyünü əks etdirir:

"Yetkin insanın sürətli yuxu fazası 20-25 faiz təşkil edir. Yavaş yuxudan fərqli olaraq, sürətli yuxu fazasında baş beynin fəaliyyəti artır. Sürətli yuxu rəngarəng yuxularla fərqlənir və bu yuxularda qəbul olunmuş informasiyanın işlənilməsi və onun yaddaşa salınması baş verir. Baş beyin salınmış genetik informasiyanı işləyir, onu daxil olan informasiya ilə muqayisə edir və oyanandan sonra ətraf mühitə adaptasiya proqramını formalaşdırır. Görünür ki, bu amil uzunömürlülük üçun vacibdir. Elə bu səbəbdən də uzunömürlülərin sürətli yuxu davamlılıgı çox, yəni 60-65 faiz təşkil edir".

Qeyd edək ki, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var.

U.Həşimova bir müddət əvvəl verdiyi açıqlamasında Azərbaycanda ölkəmizdə ailəvi uzunömürlülük hallarına rast gəlindiyini açıqlamışdı.


aia.az



5122 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
4-05-2016, 10:43 Xalq şairi vəfat etdi



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-04-2019
18-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}