Mobil versiya
Ağakərimin vəziyyəti kritik həddə - Meyxanaçının ayaqları tutuldu
Tarix: 7-02-2019, 15:31 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Ağakərimin vəziyyəti kritik həddə - Meyxanaçının ayaqları tutuldu


Tanınmış meyxanaçı Ağakərim Novruzovun səhhəti pisləşib.

aia.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən meyxanaçının oğlu Kamil Novruzov ayaqları tutulan atasının xəstəxanaya yerləşdirilməsi üçün təcili pul lazım olduğunu bildirib:

"Atamın səhhəti qəfildən pisləşdi. Beynində qansızmalar oldu, bu da ayaqlarının tutulmasına gətirib çıxardı. Nitqində də problemlər var, danışanda çətinlik çəkir. Xəstəxanaya yerləşdirmək lazımdır. Amma maddi durumumuz buna imkan vermir. Çünki xəstəliyinə görə iki ildir atam toylara, el şənliklərinə getmir. Onun da qazancı toylardan çıxırdı. Sağ olsun dostları kömək edir, amma bu, onun sağalması üçün kifayət etmir. Atam abırlı-həyalı insandır, heç vaxt çətinliklərinə görə ağız açmayıb. Amma indi buna məcburam. Əgər lazım olan məbləğ tapılsa, atamı xilas etmək olar. Yoxsa ömürlük şikəst qalacaq”.

aia.az



5194 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
5-10-2015, 13:17 Bakıda qəza: Ölən var



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}