Mobil versiya
Əkizlərdən biri 2015-də, o biri 2016-cı ildə doğuldu (FOTO)
Tarix: 4-01-2016, 16:37 | Saat: 15:47:00
Bölmə:Dünya / Manşet2 / Karusel | çapa göndər

Əkizlərdən biri 2015-də, o biri 2016-cı ildə doğuldu (FOTO)
Maraqlı hadisə ABŞ-da qeydə alınıb.
ABŞ-da əkiz körpələr müxtəlif illərdə doğuldular. Aia.az-in məlumatına görə, belə maraqlı hal Yeni il gecəsi qeydə alınıb.

Kaliforniyada hamilə qadın bayraam günü doğuş üçün xəstəxanaya gətirilib. San Diyeqo xəstəxanasında əkiz körpələrini dünyaya gətirib. Körpələrdən biri oğlan, didgəri isə qız olub.

Helin adlandırılan qız 31 dekabr 2015-ci ildə saat 23:59-da doulub. Qardaşı Luis isə ondan 3 dəqiqə sonra dünyaya gözlərini açıb. Bu isə 2016-cı ilə saat 00:02-yə təsadüf edib. Bununla da onlardan biri ilin son, digəri isə ilk körpəsi adını qazanıb.

3 dəqiqə fərqlə fərqli illərdə doğulan körpələrin fotoları bütün dünyada yayılıb. Qısa müddət ərzində körpələrin fotosunu minlərlə insan bəyənib və paylaşıb.

Onlardan birinin çəkisi 2, digəri isə 2,5 kq olub. Onların İzabella adın bir bacısı da var. Uşaqların valideynləri körpələrin ad günlərinin eyni gündə qeyd ediləcəyini deyib.

Doğuşa yardım edən 34 illik tibb bacısı da belə bir hadisə ilə ilk dəfə üzləşdiyini deyib. Hazırda ana və körpələrin vəziyyəti stabildir.

Maraqlısı odur ki, bu bayram günü baş verən ilk belə hadisə olmayıb. Kaliforniyanın Venture şəhərində də əkizlər bir dəqiqə fərqlə fərqli illərdə dünyaya gəliblər. Körpələr vaxtından bir ay öncə doğulublar.

Azərbaycanın paytaxtı Bakının 2016-cı ildə ilk uşağı paytaxtın Nizami rayonu 7 saylı doğum evində dünyaya gəlib.

Aia.az-in məlumatına görə ,1988-ci il təvəllüdlü Səidə Qəmbərovanın qız uşağı dünyaya gətirib.O, Qəmbərovlar ailəsinin ikinci övladıdır.

Gecə saat 01-15-də dünyaya gələn körpənin çəkisi 3.5 kq, boyu 53 sm-dir. Övladını təbii yolla dünyaya gətirən ananın vəziyyəti normaldır. Valideynləri övladlarına hələ ad fikirləşməyiblər.



5572 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031