Mobil versiya
Səməd Seyidovun bu gün doğum günüdür
Tarix: 18-01-2019, 15:49 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Səməd Seyidovun bu gün doğum günüdür

Bu gün Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun doğum günüdür.

İnsider.az bildirir ki, jurnalistlərlə daim dialoqa açıq olan Səməd Seyidovun bu gün 55 yaşı tamam olur.

Səməd İsmayıl oğlu Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olub.

1981-ci ildə Leninqrad Dövlət Universitetinə qəbul olunub. 1986-cı ildə həmin universitetin psixologiya fakültəsini bitirib.1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

2000-ci ildən 2015-ci ilin noyabrın 24-də kimi Azərbaycan Dövlət Dillər Universitetinin rektoru işləyib.

Psixologiya elmləri doktoru, professordur. Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Evlidir, 2 övladı var.




aia.az



5185 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031