Novruz Məmmədov Mikayıl Cabbarova 7 gün vaxt verdi - Nazirliyin işçilərinin sayı artırılmalıdır
Tarix: 11-01-2019, 12:21 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Novruz Məmmədov Mikayıl Cabbarova 7 gün vaxt verdi - Nazirliyin işçilərinin sayı artırılmalıdır


Vergilər Nazirliyinin ştat vahidlərinin sayının artırılacaq.

BakuPost-un məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vergilər Nazirliyinə Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Vergilər Nazirliyinin ştat vahidlərinin sayının artırılması və maddi-texniki təminatı məsələlərinin həlli barədə təkliflərini 7 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bu sərəncam "Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında” qanunlarda və Vergi Məcəlləsində edilmiş dəyişiklikləri, "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli sərəncamı ilə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin edilməsinin zəruriliyi, habelə dövlət xidmətlərinin həyata keçirilməsində vergi orqanları işçilərinin iştirakı nəzərə alınaraq imzalanıb.

aia.az



5151 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}