Azərbaycan Dillər Universiteti – şəffaflıq imtahan sessiyasının əsas rəmzi olacaq
Tarix: 10-01-2019, 17:06 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Azərbaycan Dillər Universiteti – şəffaflıq imtahan sessiyasının əsas rəmzi olacaq



Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Aydındır ki, bu gün Azərbaycan təhsilinin müasir beynəlxalq standartlara uyğun inkişafını təmin etmək baxımından ölkənin ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Azərbaycan Dillər Universitetinin (ADU) də özünəməxsus yeri və rolu vardır.

Yalnız peşəkar və yenilikçi kadrlar müasir islatların effektiv icrasını təmin edə bilərlər




Heç şübhəsiz təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən zəruri dövlət islahatlarının bir qolu da bilavasitə kadr dəyişiklikləri ilə bağlı olmalıdır. Çünki istənilən irimiqyaslı layihənin uğurla reallaşdırılması da, əldə ediləcək nəticələrin nə dərəcədə məqsədəuyğun olması da qarşıya qoyulan konkret vəzifələrin yerlərdə dəqiq və effektiv icrasından asılıdır. Yəni son nəticədə, çox şeyi həqiqətən də kadrlar həll edirlər. Məhz elə bu səbəbdən də son bir neçə ildə ölkənin bəzi ali məktəblərinin rəhbərliyində müəyyən dəyişikliklər edilmişdir. O cümlədən 2017-ci ilin iyun ayından Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinə filologiya elmləri doktoru, professor Kamal Abdulla təyin olundu. Əlbəttə, hörmətli professoru ədəbi yaradıcılığından başqa, həm də elmi, ictimai və dövlət qulluğunda göstərdiyi uzun müddətli fəaliyyətindən kifayət qədər tanıyan ictimaiyyət bu təyinatdan bir çox yeniliklər, konkret olaraq ADU-nun işində müsbət dəyişikliklər gözləməkdə idi. Lakin az sonra baş verənlər hətta Kamal müəllimi daha yaxından tanıyan insanlar üçün belə bir qədər gözlənilməz oldu. Daha dəqiq desək, professor Kamal Abdullanın ADU-ya rektor təyin olunmasından sonra bu universitetdə başlanan proseslər gözlənilən və daha çox arzuedilən olsalar da, onların sürəti və dinamikası heyrət doğurmaya bilməzdi.

Beynəlxalq əlaqələr xarici ölkə səfirlikləri səviyyəsində qurulur



İlk növbədə yeni rektor rəhbərliyinə gəldiyi ali təhsil müəssisəsinin bir çox xarici ölkələrdə yerləşən müxtəlif qurum və təşkilatlarla, o cümlədən özəl və dövlət təsisatları ilə əlaqələrinin yaradılması və möhkəmləndirilməsi istiqamətində işləri yeni, daha yüksək səviyyədə qurdu. Qısa bir zaman ərzində professor Kamal Abdulla ardıcıl olaraq Rumıniya, Koreya, Polşa, Bolqarıstan və bir çox digər ölkələrin Azərbaycandakı səfirləri və digər səlahiyyətli nümayəndələri ilə işgüzar görüşlər keçirdi. Bu görüşlər, eləcə də həmin ölkələrin ADU-da yaradılmış dil və mədəniyyət mərkəzlərinin səmərəli fəaliyyəti bir tərəfdən ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, digər tərəfdən isə, universitetin bu ölkələrdə olan ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, ADU-nun beynəlxalq təhsil layihələrində daha yaxından iştirakına xidmət etmiş oldu. Həqiqətən də bu gün artıq ADU-nun həm professor-müəllim heyətinin, həm də tələbələrinin bir çox təmsilçiləri ən müxtəlif beynəlxalq layihə və tədbirlərin aktiv iştirakçıları kimi çıxış edirlər və bu sahədə önəmli göstəricilərə malikdirlər.


İslahatlar tədrisin keyfiyyətinin yüksəldilməsinə hesablanıb



Təbii ki, yeni rəhbərliyin universitetdə tətbiq etdiyi islahatların mühüm bir qismi də həmin müəssisənin daxili həyatı ilə bağlı olmalıdır. Professor Kamal Abdullanın öz təyinatından dərhal sonra həyata keçirməyə başladığı bir çox yenilik və islahatlar da ADU tələbələrinin daha keyfiyyətli təhsil ala bilmək imkanlarının genişləndirilməsinə istiqamətləndi. O cümlədən, yay məktəbinin tam ödənişsiz olması, apelyasiya imtahanlarında maksimum balın 2-dən 5-ə qaldırılması, imtahan nəzarətçilərinin fənn və ya fənnə yaxın müəllimlərdən təyin edilməsi, universitetdə kitabxana məntəqəsinin yaradılması, xüsusilə 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsirlərində köməklik nəzərdə tutlması, tələbənin üzürlü səbəbi olarsa, onun üçün imtahan vaxtının dəyişdirilməsi imkanı, təhsil haqqının ödənişi ilə bağlı yarana biləcək çətinliklə bağlı birbaşa rektora müraciət etmək imkanı və bir çox digər yeniliklər də məhz tələbələrin müxtəlif problemlərinin həllinə və onların daha çox bilavasitə təhsilə diqqət ayıra bilmələrinə imkan yaratmaq məqsədi güdürlər.

ADU-da imtahan sessiyası tədrisin ən şəffaf dönəmi olacaq



Artıq xəbər verildiyi kimi, 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 3 yanvar 2019-cu ildən 4 fevral 2019-cu ilədək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, əlavə vaxta ehtiyac yarandığı halda nəzərə alınması müəyyənləşdirilib. Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub. Demək olar ki, bu sessiya da bir çox islahatçı yeniliklərlə zəngin olacaq.
Dünən, yanvarın 9-da isə, Azərbaycan Dillər Universitetində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub.



İlk növbədə, mediaturun gedişində qonaqlarla görüşən professor Kamal Abdulla imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək üçün Operativ Qərargahın yaradıldığını söyləyib. İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan professor Kamal Abdulla imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulmasından bəhs edib. Rektor valideynlərin imtahan sessiyasını müşahidə etməsinin təşkili ilə bağlı məlumat da verib. Mediaturun gedişində KİV nümayəndələri və QHT təmsilçiləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. Nümayəndələr prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər.

İslahatların gedişini əngəlləmək mümkün olmayacaq

Lakin bütün bunlara rəğmən, istənilən bir sahədə yenilik və islahatların mütləq şəkildə hamını təmin edəcəyini düşünmək də əsassız bir fikir olardı. İstənilən halda, artıq müəyyən fəaliyyət sxeminə uyğunlaşmış, xüsusilə də bu sxemdən faydalanmağın üsul və yollarını öyrənə bilmiş insanlar hər zaman və hər cür yeniliklərə qarşı olurlar. Hərçənd, fərqli mühit və şəraitlərdə belə insanların islahatlara qarşı verdikləri reaksiya da fərqli olur. Kimsə yeni şərtlərə yenidən uyğunlaşmağa çalışır, kimsə artıq tələblərə cavab verə bilmədiyini dərk edərək çıxıb gedir və kimsə də var gücü ilə zamanı “geri döndərməyə” çalışır.



Son bir neçə gündə Azərbaycan Dillər Universitetində müşahidə olunan proseslər də, böyük ehtimalla, rektor Kamal Abdullanın apardığı islahatların əleyhinə yönəldilmiş aksiyalar kimi qəbul edilməlidir. Məlumdur ki, şəffaflıq heç də hamının hər yerdə təqdir edəcəyi bir məvhum deyildir. O cümlədən, Kamal müəllimin ADU-da maksimum təmin etməyə çalışdığı aşkarlıq və şəffaflıq da bu ali təhsil müəssisəsində bəzilərinin “kölgədə qalmasını” arzuladığı bir çox nöqsanları ortaya çıxarmış oldu. Öz növbələrində həmin şəxslər də dərhal reaksiya verərək “suyu bulandırmağa” və bu yolla ictimai diqqəti aşkara çıxmış nöqsanlardan yayındırmağa çalışırlar. Belə ki, ADU-nun universitetdə tutduqları mövqey və vəzifələrə uyğun olmayan, onlara göstərilmiş etimadı doğrulda bilməyən bəzi əməkdaşları yeganə çıxış yolu kimi rəhbərliyə qarşı şər və böhtan kampaniyasına başlamağa qərar veriblər. İş o həddə çatıb ki, bu şəxslər hətta mətbuat vasitəsilə ictimaiyyətə, hətta ölkə rəhbərliyinə belə yalan məlumatlar təqdim etməkdən belə çəkinmirlər. Yeganə məqsəd isə, yenə də öz nöqsanlarını ört-basdır eləmək, universitetdə günü-gündən sürətlənən mütərəqqi islahatların gedişini əngəlləməkdir.



Lakin biz qətiyyən şübhə etmirik ki, professor Kamal Abdullanın rəhbərliyi altında ADU-nun professor-müəllim heyəti və tələbə kollektivi özləribu cəhdlərin qarşısını asanlıqla alacaqlar. Çünki həqiqəti nə gizlətmək, nə də təhrif etmək mümkün deyil. Həqiqət isə bundan ibarətdir ki, rektor Kamal Abdullanın ADU-ya gətirdiyi yeniliklər yalnız və yalnız təhsilin inkişafına xidmət edir.

aia.az
Abbas Abbasov
Elbrus Ba];rov



5152 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-03-2019
16-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}