Mobil versiya
Təhsil naziri: "Universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər"
Tarix: 23-11-2018, 15:23 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Təhsil naziri: "Universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər"


"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ikili diplom proqramları təsis edildikdə universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər.

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi üçün bir necə maliyyə mənbəyindən istifadə etmək nəzərdə tutulub.

Nazir qeyd edib ki, proqramın əsas maliyyə mənbəyi Dövlət Neft Fondunun ayırdığı vəsaitlər olacaq. Eyni zamanda, digər vəsaitlərin - universitetlərin öz daxili vəsaitlərinin, əlavə cəlb edilmiş qrantların, kreditlərin, yaxud da istənilən digər mənbədən əldə edilmiş vəsaitlərin istifadə ediləcəyi istisna edilmir.

C.Bayramov vurğulayıb ki, proqramın maliyyələşdirilməsi üçün ilkin mərhələdə Dövlət Neft Fondunun ayırdığı vəsaitlərdən istifadə etmək nəzərdə tutulur: "İkili proqramları tətbiq edilərkən universitetlərin uzunmüddətli maliyyə dayanıqlığını təmin etmək baxımından onlara etdiyimiz müraciətlər bundan ibarət olacaq ki, proqram təsis edildiyi zaman bir necə il ərzində universitetlərə ciddi maliyyə dəstəyi göstəriləcək. Ancaq universitetlər işlərini uzun müddət üçün proqnozlaşdırarkən, qismən də olsa, alternativ maliyyələşdirmə mənbələri barədə düşünməli və həmin maliyyə mənbələrinə dair təkliflər də verməlidirlər".

Nazir əlavə edib ki, Nazirlər Kabineti tərəfindən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ikili diplom proqramlarının təsis edilməsinə dair şərtlər müəyyən edilərək təsdiqlənməlidir. Eyni zamanda, doktorantura səviyyəsi üzrə seçim meyarları və onların maliyyələşdirilməsi meyarları hökumət tərəfindən təsdiqlənməlidir. Artıq Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə hazırlq işlərinə başlanılıb: "Düşünürük ki, biz qısa zamanda sənəd layihələrini hökumətə təqdim edəcəyik"

AIA.Az



5256 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031