Mobil versiya
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Tarix: 29-10-2018, 14:28 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək


31 oktyabr 2018-ci il tarixində Astanada Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Modern.az xəbər verir ki, komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Eyni zamanda 2017-ci ilin aprel ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından geniş istifadə ilə bağlı verilmiş tapşırıqlar əsasında hazırlanan və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə ediləcək.

Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanacaq.
aia.az



5145 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031