Mobil versiya
Növbəti “yalançı həyəcan siqnalı” Suraxanıdan gəldi
Tarix: 26-10-2018, 15:31 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Növbəti “yalançı həyəcan siqnalı” Suraxanıdan gəldi




Qaraçuxur parkında az qala “yaşıl qətliam” törədilməsi barədə dərc edilən məlumatlar qətiyyən təsdiqlənmədi

Artıq bir neçə gündür ki, ölkə mətbuatında növbəti qalmaqalın gündəmə çıxarılmasına cəhdlər olunmaqdadır. Belə ki, bəzi saytların səhifələrində paytaxtın Suraxanı rayonunda yerləşən Qaraçuxur parkının ərazisində yaşıllıqların məhv edildiyi və qanunsuz olaraq obyekt inşa olunduğuna dair məlumatlar dərc edilir. Ən əsası da bütün bu qanunsuzluqlarda Suraxanı RİH-nin rəhbərliyi və rayonun digər məsul vəzifəli şəxslər ittiham edilirlər. Təbii ki, belə bir “həyəcan siqnalı” qətiyyən diqqətsiz qoyula bilməz. Məhz buna görə də, məsələni yerində araşdırmaq üçün bizim də əməkdaşlarımız göstərilən ünvana yollandılar.

Axı yerli sakin belə deməyib...

Növbəti “yalançı həyəcan siqnalı” Suraxanıdan gəldi


Əraziyə çatanda həqiqətən də Qaraçuxur parkının ərazisində müəyyən təmir-tikinti işlərinin getdiyinin şahidi olduq. Elə ətraflı məlumat almaq üçün bir kimsəni axtarırdıq ki, axtardığımız şəxs özü bizi tapdı. İxtiyar yaşlarında bir ağsaqqal görünür ki, niyyətimizi-məramımızı başa düşüb, özü bizə yaxınlaşdı. Bir qədər sonra, söhbət əsnasında məlum oldu ki, son bir neçə gündə bura özünü jurnalist kimi təqdim edən müxtəlif insanlar bir neçə dəfə gəliblər. Asudə vaxtını bu parkda keçirən, yerli sakinlərdən olan bizim yeni tanışımız da onlara göz qoyaraq müəyyən təcrübə əldə edib və indi də bizim kimliyimizi müəyyənləşdirmək onun üçün çətin olmayıb. Amma nədənsə ağsaqqalın danışığında müəyyən narazılıq notları da hiss olunurdu. Səbəbini soruşanda isə, cavabı belə oldu: “Niyə də narazı olmayım? Söz soruşurlar, cavab veririk. Sonra gedib öz ağıllarına gələni yazırlar. Adını da qoyurlar ki, yerli sakin belə dedi. Axı yerli sakin belə deməyib. Düzdü, mənim indi sayt oxuyan vaxtım deyil. Amma cavanlar oxuyub bizi də baş verənlərdən agah edirlər. Başa düşə bilmirik, bizim bu parkın abadlaşdırılmasına kimlər və niyə etiraz edirlər..?”

“Dəmir budka”nın sonu


Növbəti “yalançı həyəcan siqnalı” Suraxanıdan gəldi


Ağsaqqala söz verdik ki, əgər bizimlə də həmsöhbət olsa, ondan eşidəcəklərimizi olduğu kimi yazacağıq. Əvvəl bir qədər tərəddüd etsə də, sonra nəhayət ki, bizə inandı. Məlum oldu ki, Arif kişi uzun müddətdir ki, yaxınlıqda yerləşən binalardan birində yaşayır. Bu parka da istirahət etmək üçün demək olar hər gün gəlir. Ağsaqqalın deməyinə görə, hazırda parkda abadlıq işləri aparılır: “Başa düşmək olmur ki, dava nəyin davasıdır? Park yerində, biz də burda. Sağ olsunlar rayon rəhbərliyi, bir istirahət məkanını da abadlaşdırırlar. Özünüz də görürsüz, o tərəfdən artıq yerə tamet döşüyürlər. Ağaclar budanır. Yeni işıq dirəkləri də basdıracaqlar. Biz artıq hər şeyi öyrənmişik. Yoxsa belərahat oturub olanları seyr etməzdik ki. Düzdü, park özü gözəldi. Amma istirahət üçün heç bir şəraiti yoxdu. O başda bir dəmir budka vardı, ora yığışıb otururduq. Ora da ki, yayda isti, qışda soyuq. İndi həmin budkanı götürüblər, yerinə daşdan, kərpicdən nəsə tikirlər. Bunun nəyi pisdi ki?..”

Parkda aparılan işlər tam nəzarətdədir

Növbəti “yalançı həyəcan siqnalı” Suraxanıdan gəldi

Əlbəttə, Arif kişinin dediklərində pis heç nə yox idi. Amma hər halda, bu qədər yolu gəlmişkən baş verənlər barədə daha dolğun məlumat almaq istəməyimiz də təbiidir. Buna görə də ağsaqqaldan işlərə kimin rəhbərlik etdiyi barədə məlumatlı olub olmadığını soruşduq. Amma bu dəfə söhbətimizə qoşulmuş başqa bir sakin bizə cavab verdi. Başımız Arif kişi ilə söhbətə elə qarışmışdı ki, bizə daha iki nəfərin nə zaman yaxınlaşdıqlarını belə duymamışıq. Yeni həmsöhbətimiz isə, bizə bunları dedi: “İşləri əlbəttə ki, icra hakimiyyəti aparır. Ümumiyyətlə, İlqar müəllim (Suraxanı RİH-nin başçısı İlqar Abbasov – red.) belə işlərə həvəslidir. Sağ olsun, rayonun qeydinə qalır. Parkları abadlaşdırır, yolları, binaları, evləri təmir edir. Özünüz də gəzin, baxın. İşləyən adama nəyə görə böhtan atırlar ki? Bu qətiyyən düzgün deyil. Bizim başçının təkcə son bir neçə ildə gördüyü işlərə baxın. Yollarımız abadlaşır, hər yerə işıq çəkilr, məişət problrmlərimiz həll olunur. Yaşamaq üçün insana nə lazımdır ki? Bütün şəhərimiz günü gündən gözəlləşir. Suraxanı da onunla birgə...”

Elə həmsöhbətimzin ağzından “məişət problemləri” kəlməsini duyar-duymaz növbəti sualımızı verdik: “Bəs rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov necə, o da gəlirmi bura?” Sakinlər əvvəlcə biri-birilərinə, sonra da bizə təəccüblə baxdılar: “Əlbəttə gəlir. Necə gəlməyə bilər ki, iş gedən ərazidə ətrafın təmiz saxlanmasına, səliqə-sahmanına məhz o özü cavabdehdir. Həm də Mais müəllim kimi ciddi və məsuliyyətli bir adam ola. Bəlkə də bir başqası əraziyə işçilərini göndərməklə kifayətlənərdi. Amma Mais müəllim öz sahəsində bütün işlərə birbaşa özü nəzarət edir...”

Nəhayət ki,sakinlərlə söhbətimizi tamamlayıb parkın ərazisini tərk etdik. Gördüklərimizdən və eşitdiklərimizdən də yalnız bu qənaətə gəldik ki, Qaraçuxur parkında sadəcə abadlaşdırma və yenidənqurma işləri aparılır. Burada yaşıllıqların məhv edilməsindən və yerində kimlərinsə özü üçün obyekt tikdirməsindən söhbət gedə bilməz. İndi redaksiyada oturub bu materialı çapa hazırlayarkən şəxsən mən özüm düşünürəm ki, görəsən bu “qarayaxma” kampaniyalarını hazırlayanlar nə etdiklərini özləri sona qədər dərk edirlərmi? Yəqin ki, yox. Əks halda onlar da “yüz ağıllının sonradan çıxara bilmədikləri daşı quyuya atan bir dəli” kimi hərəkət etməzdilər.Ən azından, barəsində şər-böhtan yazdıqları insanların digər ailə üzvlərini araya qatmazdılar. Gəlin heç olmasa ən bəsit etik davranış normalarına əməl edək ki, sabah öz yaxınlarımızın üzlərinə baxmağa üzümüz olsun.

P.S.

Əslində yazı artıq tamamlanıb və əlavə hansısa bir şərhə sanki ehtiyac yoxdur. Amma bəlkə də var... Məsələ bundadır ki, Suraxanıda olarkən, Qaraçuxur parkından hazırladığımız kiçik material üçün məlumat toplamağı bitirdikdən sonra, biz hələ bir müddət də ətraf əraziləri gəzib-dolaşdıq. Məqsədimiz də ilk növbədə qəsəbənin sanitar-gigiyenik durumu barədə müəyyən təəssürat əldə etmək idi. Etiraf edim ki, nəticə gözlədiyimizdən xeyli yüksək oldu. Sən demə, Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti barədə bir qədər əvvəl sakinlərdən eşitdiklərimiz bütünlüklə həqiqət imiş. O cümlədən sakinlər birliyin rəisi Mais Məmmədovdan da razılıq etməkdə haqlı idilər. Ətrafda təmizlik, səliqə-sahman hökm sürürdü. Hətta qarşımıza çıxan, zibil konteynerlərinin qoyulduğu xüsusi yerlərin ətrafında belə antisanitar vəziyyət müşahidə etmədik.

Amma təəssüflər olsun ki, bizim Suraxanıya getməyimizə səbəb olan yazının nə müəllifinin, nə də “surətçıxaranları”nın bütün bunlardan qətiyyən xəbərləri yoxdur. Görəsən olsa, nəsə dəyişəcəkmi?

aia.az
Həsən Məmmədov



5460 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930