Mobil versiya
ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib
Tarix: 24-10-2018, 11:27 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

 ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib



Bu gün Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin dövri və yekun attestasiyası imtahanlarına start verilib. İmtahan ATU-nun İmtahan Mərkəzində aparılır.

İmtahan Mərkəzinin rəhbəri, dosent Şahin Bayramovun sözlərinə görə, ilk olaraq səhər saat 10:00-da ATU-dan kənar baza rezidentlərinin imtahanları keçirilib. Saat 12:00-da isə ATU-nun rezidentlərinin imtahanına start verilib. İmtahan 1 saat davam edəcək”.

ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədov qeyd edib ki, bu gün dövrü attestasiyanın birinci mərhələsi başlayıb: “370-dən yuxarı buraxılış rezidentlərinin imtahanı gözlənilir. Artıq imtahan başlayıb. 38 ixtisas üzrə imtahanlar gedir. Minimum bal 40-dır. 40 suala düzgün cavab verən rezidentlər artıq II mərhələyə buraxılacaqlar. Həmçinin bu imtahandan kəsilən rezidentlərə təkrar imtahan vermək şansı veriləcək. Dünən universitet rəhbərliyi komisiya üzvləri ilə görüşərək, təlimatlarını verib”.

Qeyd edək ki, dünən Azərbaycan Tibb Universitetində səhiyyə nazirinin əmri ilə təsdiq olunmuş yekun attestasiya komitəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 №-li qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.3. və 4.7 bəndlərinə uyğun olaraq hər ilin oktyabr ayında rezidentlərin dövri və yekun attestasiyası keçirilir. Rektor artıq iki ildən çoxdur Tibb Universitetində tələbələrin biliklərinin yeni üsulla qiymətləndirildiyini xatırladıb. Belə ki, yeni qaydalara görə, ənənəvi qapalı testlər indi açıq suallarla əvəz olunub: “Biz bu qaydanı rezidentlərin yekun attestasiyasına da şamil etmək fikrindəyik. Növbəti tədris ilindən attestasiyada bu sistemə keçid planlaşdırılır”. Sonda rektor Gəray Gəraybəyli görüş iştirakçılarına imtahanlarda uğurlar diləyib.

Xatırladaq ki, səhiyyə nazirinin əmrinə əsasən, yekun attestasiyanın I mərhələsi bu gün ATU-nun İmtahan Mərkəzində, II mərhələsi isə 29 və 30 oktyabr tarixlərində müvafiq ixtisaslar üzrə cərrahi, terapevtik, stomatoloji və onkoloji klinikalarında və tədris binalarında keçiriləcək. Bu il 41 bazadan ümumilikdə 330 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 127 nəfəri ATU-nun məzunlarıdır. Bundan əlavə, ötən il attestasiyaya buraxılmayan 11 nəfər və attestasiyanın I mərhələsindən keçə bilməyən 19 nəfər, habelə attestasiyaya gəlməyən 15 nəfər də (cəmi 45 nəfər) bu il yekun attestasiyada iştirak etməlidirlər. Beləliklə, ümumilikdə rezidenturaya aid 38 ixtisas üzrə 375 nəfər yekun attestasiyadan keçməlidir.

aia.az


 ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib
 ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib
 ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib
 ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib
 ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib
 ATU-da rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının I mərhələsinə start verilib



5294 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30