Mobil versiya
İki deputata yeni vəzifə veriləcək
Tarix: 24-10-2018 | Saat: 09:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

İki deputata yeni vəzifə veriləcək


Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının Milli Məclisinin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024