Mobil versiya
Badamdarda villalar bir gündə 50 faiz ucuzlaşdı – Səbəb
Tarix: 13-10-2018 | Saat: 16:07
Bölmə:Cəmiyyət | çapa göndər

Badamdarda villalar bir gündə 50 faiz ucuzlaşdı – Səbəb

Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında sürüşmə halının baş verməsi ərazidəki daşınmaz əmlakın qiymətinə kəskin təsir edib.

aia.az unikal.org-a istinadən xəbər verir ki, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb. Hazırda bu villalar dəyər-dəyməzə satılır.

Misal üçün dünəndən elan saytlarının birində Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa 1.7 milyon manata satışa çıxarılıb. Halbuki, bu villanın dəyəri 3 milyon manatdan artıq qiymətləndirilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, əmlak eksperti Ramil Osmanlı bildirib ki, baş verən hadisədən sonra Badamdar ərzisində villalar və obyektlərin satış qiymətində 20-30 faiz ucuzlaşma qeydə alınır:

"Bildiyiniz kimi, müəyyən dövrlərdə oxşar hadisələr baş verdiyi zamanı ucuzlaşmalar qeydə alınıb. Bunlara əsaslanıb demək olar ki, sürüşmə halları Badamdar qəsəbəsində qiymətlərə kifayət qədər təsir göstərir. Bakının Bayıl ərazisi bahalı zonalarından biridir. Çünki bura şəhərə yaxın və dəniz kənarında yerləşir. Bu ərzilərdə yerləşən villa və obyektlərin 50 faizə qədər ucuzlaşması qeydə alına bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024