Mobil versiya
Qəbələ sakinindən Ramil Usubova MÜRACİƏT
Tarix: 11-10-2018 | Saat: 11:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qəbələ sakinindən Ramil Usubova MÜRACİƏT


Qəbələ rayonu Mirzəbəyli kənd sakini Fərman Nərimanov oğlunu qətlə yetirənin tutulmamasından narahatdır.



Modern.az saytının məlumatına görə, Fərman Nərimanov buna görə daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib.



Müraciəti təqdim edirik:



“Mənim oğlum 08.12.1981-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Sumqayıt şəhərində anadan olan Xanbaba Fərman oğlu Nərimanov bir neçə il Rusiya Federasiyasının Moskva vilayətində kommersiya fəaliyyəti ilə məşğul olub.



Xanbaba Nərimanovun işçisi olmuş 10.05.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Şirvan şəhəri Rəsul Rza küçəsi 14 ünvanında yaşayan qatil Fariz Mübariz oğlu Hüseynov 13.11.2017-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətinin Naro-Fominsk rayonunda oğlum Xanbaba Nərimanovu mübahisə nəticəsində bıçaqla qətlə yetirib və hadisə yerindən qaçıb.



Qatil Fariz Hüseynov qətli törətdikdən sonra ailə üzvlərini həyat yoldaşı Məmmədova Günay Elman qızı, azyaşlı övladları qızı Xanım Hüseynli, oğlu Ariz Hüseynlini anası Hüseynova Şəhla Məmmədağa qızının vasitəsi ilə təyyarə ilə Azərbaycana göndərib.



Hüseynovun ailəsi hal-hazırda Şirvan şəhəri Rəsul Rza küçəsi 14 ünvanında yaşayırlar. Qatil Fariz Mübariz oğlu Hüseynov hələ də tapılmayıb. Hüseynovun ailəsinin qaçırılmasında yaxın qohumu Vüsal Hüseynov köməklik edib. Atası Mübariz Hüseynov həbsdən yeni azad olunub. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) qatil F.Hüseynov barəsində cinayət işi başlanıb və istintaqdan yayındığı üçün barəsində təqsirləndirilən şəxs kimi federal axtarış verilib.



Mərhum oğlum Xanbaba Nərimanovun 3 (üç) az yaşlı övladaları var. Kiçik qızı Zeynəbin 2 (iki) yaşı var. Qatil F.Hüseynov 3 az yaşlı uşaqaları atasız qoymuş, bütün yaxınları qohumları gözü yaşlı edib.



Oğlum Xanbaba Nərimanov 2013-cü ildən qatilini ailə vəziyyəti yaxşı olmadığı üçün yanına gətirmiş onu Moskvada öz yanında işlə təmin edib dolanması üçün hər cür şərait yaradıb və ona yüksək əmək haqqı verib.



Qatilin oğlum Xanbabanı səbəbsiz, əsasssız yerə öldürməsi məni çox narahat edir, sakitlik vermir.



Qatiln azğın olacağından nə vaxtsa oğlumun qatili olmasını belə düşünməmişik.



Oğlum Xanbaba həmişə insanlara göstərdiyi xeyirxah əməlləri ilə seçilmiş, kasıb ailələrə həmişə köməklik edib, aztəminatlı ailələrə öz köməkliyini əsirgəməmiş həmişə onların qayğısına qalıb.



Hörmətli cənab nazir!



Sizdən mən gözü yaşlı, məyus, həyatdan küsmüş ataya kömək etməyinizi istəyirəm. Oğlumun qatili Fariz Mübariz oğlu Hüseynov tapılmayana qədər rahat olmayacam.



Qatilin Rusiya Federasiyasında gizləndiyi halda qohumları atası ,anası, bacısı, həyat yoldaşı və digərləri (Şirvan şəhərində yaşayır) ilə telefon əlaqəsi saxladığını, telefon danışıqlarının dinlənilməsi,bu vasitə ilə cinayətkar qatilin yerinin müəyyən edilməsi, qohumlarının qatilin harada gizlənməsinin bilməsinin, digər halların Şirvan şəhər Polis şöbəsində, obyektiv, düzgün araşdırılmasına və cinayətkarın cinayət məsuliyyətinə cəlb olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024