Mobil versiya
Bolqarıstanlı jurnalistin qatili Almaniyada həbs olundu
Tarix: 10-10-2018 | Saat: 12:08
Bölmə:Dünya | çapa göndər

Bolqarıstanlı jurnalistin qatili Almaniyada həbs olundu


Bolqarıstanda təcavüz edilib sonra da döyülərək öldürülən jurnalist Viktoriya Marinovanın qatili Almaniyada həbs edilib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada saxlanılan və Bolqarıstana təhvil verilməsi nəzərdə tutulan qatilin 21 yaşındakı keçmiş boksçu Severin Kerasimov olduğu məlum olub.

Kerasimov haqda mətbuata məlumatı baş nazir Boyko Borisov, baş prokuror Sotir Tzatzarov və daxili işlər naziri Mladen Marinov nazirlikdə təşkil etdikləri birgə konfransda jurnalistlərə çatdırıblar.

Borisov keçirilən DNK testinin jurnalistin qatilinin Kerasimov olduğunu tam təsdiqlədiyini bildirib.

Baş prokuror isə jurnalistin şəxsi həyatından tutmuş iş həyatına qədər bütün detalların araşdırılacağını və hadisənin "anlıq bir insident” olduğundan şübhələndiklərini qeyd edib.

Tzatzarov məhkumun günahının təsdiq olunacağı təqdirdə ona ən azı 20 il və hətta ömürlük həbs cəzası verilə biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, TVN kanalının jurnalisti Viktoriya Marinovanın meyiti Bolqarıstanən Ruse şəhərində səhər saatlarında parkda aşkar olunub. İstintaq onun zorlanıb sonra da döyülərək öldürüldüyünü müəyyən edib.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024