Mobil versiya
Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və idman" kafedrasının müəllimləri tərəfindən ƏRİZƏ
Tarix: 21-09-2018, 11:01 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və  idman" kafedrasının müəllimləri tərəfindən  ƏRİZƏ



Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEV cənablarına

Surəti: nazir AZAD RƏHİMOVA

Surəti: Gəncə şəhər İcra Hakimiyyətinin başçısı

NİYAZİ BAYRAMOVA

Surəti: Gəncə Dövlət Universitetinin rektoru

YUSİF YUSİBOVA

Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və

idman" kafedrasının müəllimləri tərəfindən

Ə R İ Z Ə

Cənab Prezident, bizim Sizə üvvanlanmış müraciətimizdən sonra Gəncə Dövlət Universitetinin rektorunun göstərişi ilə GDU rektorunun müşaviri Asif Cavadov bizim fakültəyə gələrək iclas keçirdi.Həmin iclasda Asif Cavadov və fakültəmizin dekanı Bayram Apoyev GDU rektorunun adından hamıya hədə-qorxu gələrək məcburi şəkildə imza etdirdi ki, guya bizim Sizə ünvanladığımız müraciət şər və böhtandan ibarətdir.

Cənab Prezident, icazənizlə, bir daha Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adı haqqında əsasnamənin tələbləri tamamilə pozulmuşdur.Bu əsasnaməyə görə qeyd olunan fəxri ad bədən tərbiyəsi və idman sahəsində ən azı 25 illik fasiləsiz iş stajı olan mütəxəssislərə verilir.

Gəncə Dövlət Universitetinin İdman klubunun sədri Xaqani Umudov isə 1982-ci ildə anadan olub, 35 yaşı vardır, göründüyü kimi, onun bu qədər iş stajı yoxdur və əsasnamədə qeyd olunan göstəricilərdən tamamilə uzaqdır. Amma buna baxmayaraq o, Gəncə Dövlət Universiteti rəhbərliyinin verdiyi saxta sənədlər əsasında bu fəxri ada sahib olmuşdur.Bu fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən verilir.Aydındır ki, Xaqani Umudov saxta sənədlərlə nazirliyi aldatmış və özünə həmin fəxri adın verilməsinə nail olmuşdur.

Maraqlıdır,25 il iş stajı olmayan şəxsə GDU rəhbərliyi necə saxta sənəd verir?Aldığımız digər dəqiq məlumata görə saxta sənədlər olmasına baxmayaraq Xaqani Umudovu Idman nazirliyinin sektor müdiri Məmmədov Aydın Ağaəli oğlu himayə edir.

Bundan başqa hal-hazırda respublikanın ali məktəblərinin heç birində idman klubu yoxdur.Bu klublar universitetlərdə olan İdman kafedrasının tərkibinə verilmişdir. Amma nədənsə Gəncə Dövlət Universitetində qeyri-qanuni olaraq bu klub ayrıca departament kimi fəaliyyət göstərir və xeyli miqdarda işçisi vardır.Ali və orta ixtisas təhsili məktəbləri idman klublarının əsasnaməsinə görə bu klubun gəlirləri özünümaliyyələşdirmə prinsipi ilə işləyən idman bölmələrindən və qruplarından əldə edilən gəlirlər hesabına əldə edilir.Amma Gəncə Dövlət Universitetində bu klub universitetin büdcəsi üzərində oturub, klubun bütün işçilərinə universitetin büdcəsindən maaş verilir.Amma əslində klub universitetdə yerləşdiyi və universitetin əmlakından istifadə etdiyi üçün kirayə pulu ödəməlidir.

Xaqani Umudov 20-25 nəfər idmançı tələbənin siyahısını tutur, bu tələbələr dərsdə iştirak etmir, digər tərəfdən bu tələbələrin imtahan qiymətləri rektorun göstərişinə görə yazılır, amma Xaqani Umudov bu tələbələrin hər birindən imtahana görə bir semestrdə 250-300 manat rüşvət alır.

Xaqani Umudov universitetin daxilində fitnes zalı açmışdır,şəhərin müxtəlif qadınları bu zalın xidmətindən istifadə etsə də universitet tələbələri və işçiləri bu zala buraxılmırlar.Bir sözlə,Xəqani Umudov universitetin əmlakını qazanc məqsədi ilə istifadə edir.

Kafedrada ömrünü gününü idman sahəsində çürüdən adamların olmasına baxmayaraq bu fəxri ad 25 il iş stajı olmadığı halda , əsasnamənin tələbləri kobud şəkildə pozulmaqla saxta sənədlər əsasında Xaqani Umudova verilmişdir. Həmin fəxri ad Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən ləğv edilə bilər. Bu barədə müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik.

Ayət Rüstəm oğlu Rüstəmzadə-

Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və

idman kafedrasının müəllimi

Telefon-0556389963


aia.az

Məlumatı olduğu kimi dərc edirik



5638 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30