Mobil versiya
“Xatirədən bunu gözləmirdik” - Aprel şəhidinin atası
Tarix: 19-09-2018, 11:23 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Xatirədən bunu gözləmirdik” - Aprel şəhidinin atası




"Müğənni Xatirə İslamın təşəbbüsü bizi çox kövrəltdi"

Bunu AzVision.az-a Aprel şəhidi Müşfiq Orucovun atası Arif Orucov deyib. O, müğənni Xatirə İslamın keçirdiyi konsertdən əldə etdiyi gəlirlə şəhidin adına bulaq tikdirmək istəməsini alqışlayıb.

Şəhid atası bildirib ki, müğənni şəhid anasının arzusunu yerinə yetirmək istəyib: “Xatirə xanım iki ay bundan əvvəl bizə gəlmişdi. Onda mən evdə yox idim. Həyat yoldaşımla Müşfiqin xatirəsi barədə danışmışdılar. Onda bilmişdi ki, anası oğlumuzun adına bir bulağın olmasını istəyir. Bir neçə gün bundan öncə bizə konsertə dəvətnamə gəldi. Biz də dəvəti qəbul edib, iştirak etdik. Konsert həm Müşfiqin ad gününə, həm də Milli Musiqi Günümüzə təsadüf etdi. Sonda Xatirə xanım bizi səhnəyə dəvət edib, bulaqla bağlı elan verdi. Bu, bizim üçün gözlənilməz oldu".



Şəhid atası bulağın nə zaman tikiləcəyindən məlumatsız olduğunu deyib: "Bulağın nə zaman hazır olacağını deyə bilmərəm. "Dədə Qorqud" məzarlığı yolunda, gediş- gəlişin çox olduğu bir yerdə bulağın olmasını istəyirik”.

Qeyd edək ki, müğənni Xatirə İslam ötən gün "Yaşıl Teatr"da baş tutan solo konsertində nümunəvi addım atıb. O, elan edib ki, konsertdən yığılan pulla Müşfiq Orucovun adına bulaq tikdirəcək. Konsertdə şəhidin ailəsi də iştirak edib.

aia.az



5319 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031