Mobil versiya
Qızla evlənməyə qoymadılar, özünü öldürmək istədi
Tarix: 14-12-2015 | Saat: 21:03
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Faktla bağlı araşdırma aparılır.

Gəncə şəhərində intihara cəhd olunub.

Aia.az APA-ya istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Etibar Musayev ağır kimyəvi maddə ilə zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

E. Musayevin valideynləri bildirib ki, övladları evlənmək məqsədi ilə qaçırdığı qızın ailəsi ilə yaranan narazılıq səbəbindən gəmiricilər əleyhinə olan dərman içərək intihara cəhd edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024