Mobil versiya
Lerikdəki zəlzələ nəticəsində 40-a yaxın evdə çatlar yaranıb - Açıqlama
Tarix: 29-08-2018, 10:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Lerikdəki zəlzələ nəticəsində 40-a yaxın evdə çatlar yaranıb - Açıqlama


Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində ziyan dəyən ev və obyektlərin sayı arta bilər.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend-ə açıqlamasında bildirib ki, rayon ərazisində 40-a yaxın evdə çatlar əmələ gəlib.

Onun sözlərinə görə, çox təhlükə yaradan çatlar aşkarlanmasa da, evlərə ziyan dəyib: "Hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdəki icra nümayəndəlikləri ilə birlikdə araşdırmaları davam etdirir. Çatlar yaranan evlərin sayı arta bilər. Çünki hələ müraciətlər daxil olmaqdadır".

H.Məlikov bildirib ki, hadisə ilə bağlı Prezident Administrasiyası və digər aidiyyəti qurumlara məlumat verilib.

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev isə Trend-ə bildirib ki, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırmaları davam etdirdiyindən zəlzələ nəticəsində ziyan çəkən ev və obyektlərin sayı dəqiqləşdirilməyib:

"Yerlərdən müraciətlər daxil olmaqdadır. Bütün müraciətlər komissiya tərəfindən araşdırılır. Araşdırmalar başa çatandan sonra zəlzələdən ziyan çəkən evlərin sayı barədə məlumat veriləcək".

Qeyd edək ki, ötən gün Lerikdə iki zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

aia.az



5394 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30