Mobil versiya
Kreditini müəllimlərə ödətdirən direktor döyüldü – VİDEO
Tarix: 10-12-2015, 14:02 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Kreditini müəllimlərə ödətdirən direktor döyüldü – VİDEO
“Pulumu aldı, məni aldatdı”.

Abşeronda qadını döyüb, məsuliyyətindən boyun qaçıran şəxs saxlanılıb.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, o, qanun qarşısında cavab verməli olacaq.

33 yaşlı Vurğun Hacıyev təxminən 6 ay əvvəl İradə Murquzovanı döydüyü üçün qadın ondan polisə şikayət edib.

Vurğun Hacıyevin barəsində Cinayət Məcəlləsinin 127.1, qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb, istintaq yekunlaşdıqdan sonra məhkəməyə göndərilib. Vurğunun törətdiyi cinayət əməli yüngül olduğundan barəsində həbs qəti-imkan tədbiri seçilməyib.

Təqsirləndirilən Vurğun Hacıyev məhkəmə başlayanda proseslərdə iştirakdan yayındığı üçün barəsində axtarış elan edilib. O, Abşeron Rayon Polis İdarəsi əməliyyatçıları tərəfindən saxlanılaraq yenidən məsuliyyətə cəlb olunub. Məhkəmə proseslərində iştirakdan yayındığını etiraf edən Vurğun Hacıyev İradə Murquzovanı döyməsinin səbəblərini danışıb.

Vurğun Hacıyev - saxlanılan şəxs:

"Məndən 23 min 700 manat pul alıb, 3700 manatlıq parket, 20 min də nağd pul. Mənə dedi ki, 2 hektar torpaq verəcək, bələdiyyə sənədi ilə. İndi nə pulu qaytarır, nə də torpaq verir. Neçə dəfələrlə məni aldatdı. Məni aldatdı ki, Ceyranbatanda yer var, sənədi də var, gedək onu verim. Getdim gördüm ki, o yer heç Ceyranbatanın ərazisi deyil, Sumqayıt ərazisidir"

Saxlanılan şəxsin sözlərinə inansaq o qadını vurmayıb. İtələyəndə üzü avtomomobilin qapısına dəyib.

"Qadını vurmadım. Dedim ki, maşının açarını ver mənə, get mənim pulumu gətir. O da məndən aralananda başını maşının qapısına vurdu".

İşə Abşeron Rayon Məhkəməsində baxılacaq.

Xatırladaq ki, İradə Murğuzova kredit qalmaqalına görə vəzifəsindən kənarlaşdırılıb. O, Bakı şəhəri, Xətai rayonu, 171 saylı məktəbin direktoru olduğu zamanı məktəbin müəllimlərinin adına iri məbləğdə kredit götürərək mənimsəyib.

Həmin krediti özünün ödəyəcəyini vəd etsə də sonradan fikrini dəyişib və pulu məcburən müəllimlərin özlərinə ödətdirib.



5445 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
5-02-2017, 11:39 London Trampa qarşı



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031