Mobil versiya
“Biz məsuliyyət daşımırıq” - Hoteldən kanat qəzası ilə bağlı açıqlama
Tarix: 9-07-2018, 16:49 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Biz məsuliyyət daşımırıq” - Hoteldən kanat qəzası ilə bağlı açıqlama


"Quba Palace Hotel"in ərazisində baş vermiş qəzaya görə hotel heç bir məsuliyyət daşımır.

aia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya "Quba Palace Hotel"in Marketinq şöbəsinin direktoru Ceyhun Yəhyayev məlumat verib. O, faciənin "Skada" şirkətinin əməkdaşlarının səhvi ucbatından baş verdiyini bildirib:

"Hotel ərazisində kanat yolu var. Bu kanat yolu qısaldılmalı idi. Bununla bağlı biz araşdırma apardıq və məlum oldu ki, Azərbaycanda bu işlə təkcə "Skada" şirkəti məşğul olur. Biz həmin şirkətin əməkdaşlarını hotelə çağırdıq və onlar gəlib analiz apardılar. Görünür analiz apardıqları zaman səhvə yol verdiklərindən bədbəxt hadisə baş verib. Qəzaya görə "Quba Palace Hotel" heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət "Skada" şirkətinin üzərindədir. Onlar trosu qısaldan zaman özləri ilə gətirdikləri trosu quraşdırmışdılar və hadisə də həmin trosun qırılması nəticəsində baş verdi. 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bəzi saytlarda 4 nəfərin yaralandığı qeyd olunub. Bu, yanlış məlumatdır".

aia.az



5431 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30