Mobil versiya
Nazir pambıqçıların zəhərlənməsini önləmək üçün TAPŞIRIQLAR verdi
Tarix: 21-06-2018, 11:23 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nazir pambıqçıların zəhərlənməsini önləmək üçün TAPŞIRIQLAR verdi


Hazırda kənd təsərrüfatı naziri İnam Kərimovun göstərişilə nazirliyin regional idarələrində iclaslar keçirilir. İclasların keçirilməsində məqsəd son günlər pambıq tarlalarında baş verən zəhərlənmələrlə bağlıdır.



Qurumun mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Modern.az-a bildirib ki, iclaslar nazir İnam Kərimovun göstərişilə keçirilir:

“Nazirlikdən kənd təsərrüfatı idarələrinə yerlərdə görüşlərin keçirilməsi, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin daha da gücləndirilməsi tapşırıqları verilib. Mütəmadi olaraq bu sahələrdə görüşlər, tədbirlərin təşkili istiqamətində işlər sürətləndirilir. Yerlərə tapşırıqlar verildi ki, marifləndirmə tədbirləri gücləndirilsin. Əvvəllər də bu cür marifləndirmə işləri aparılmışdı, mütəmadi məlumatlar verilmişdi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlimatlar təqdim olunmuşdu. Amma indi kənd təsərrüfatı idarələrinin cəlb olunması ilə daha gücləndirilmiş tədbirlər həyata keçirilməsi barədə tapşırıqlar verildi. Kənd təsərrüfatı idarələrinin rəisləri fermer və sahibkarlarla görüşlər keçirməli, onları bu barədə marifləndirməlidirlər".

A.Hüseynovun sözlərinə görə, son günlər dalbadal baş vermiş zəhərlənmələrin əsas səbəbləri araşdırılır, hadisələrlə bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, bir neçə gün fasilə ilə Saatlı, Tərtər, İmişli və Yevlaxdakı pambıq tarlalarında kütləvi zəhərlənmə qeydə alınıb.

aia.az



5246 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30