Mobil versiya
Ermənistanda pensionerlər bunu özlərinə təhqir kimi qəbul ediblər.
Tarix: 1-07-2015, 12:58 | Saat: 15:47:00
Bölmə:Şou-biznes / Karusel | çapa göndər

Ermənistanda pensionerlər bunu özlərinə təhqir kimi qəbul ediblər.

Ermənistanda minimum əmək haqqı iyulun 1-dən 55 min dramadək (116,26 dollar) qədər yüksələcək.

ANS PRESS-in məlumatına görə, ölkə rəsmiləri bu addımın pensiya sistemində, yoxsulluğun səviyyənin düşməsinin qarşısının alınmasına əhəmiyyətli dərəcədə imkan yaradacağını bildirsələr də, amma bunun hansı hesaba baş tutacağı barədə bir kəlmə belə deməyiblər.

Ölkənin əmək naziri Artyom Asatryan "İqtisadi gündəlik-2015" forumunda sosial sualları cavablandırarkən bildirib ki, Ermənistanda 550 min pensiyaçı var və onlara vəsaitin ödənilməsi 550 min muzdlu işçinin hesabına təmin olunur. Məşğul işçilərin sayı isə 300 min təşkil edir və onlar dövlət büdcəsinə ödəmə etmirlər. Fərdi sahibkarların sayı 50 min təşkil edir. Ermənistanın dövlət büdcəsindən bu il sosial təminat sektoruna 390,5 milyard dram ayrılıb.

Nazir bu rəqəmləri sadalamaqla bir daha üstüörtülü şəkildə izah etməyə çalışır ki, vəziyyət ürəkaçan deyil.

Ermənistan hökuməti bu il iyunun 10-da qərar qəbul edib ki, iyulun 1-dən hərbi təqaüdçülərin pensiyaları orta hesabla 14% artırılsın. Hazırda hərbi pensiyanın baza hissəsi 14 min dram (təqribən 30 dollar) təşkil edir və bu rəqəm 16 min drama (təqribən 34 dollar) qalxacaq. Hərbi sahədə bir il stajı olanlar 1,3 min dram yox, 1,5 min dram alacaqlar, yəni 3 dollar. Bu artım bütün zabit heyətinə, həmçinin əlilliyə görə hərbi pensiya alanlara aiddir. Onlara 78,9 min dram yox, orta hesabla 90 min (190 dollar) dram veriləcək. Hərbçi pensionerlər bunu özlərinə təhqir kimi qəbul ediblər.

A.Asatryan vurğulayıb ki, birinci qrup əlilləri üçün pensiya 31,5 mindən 36 min, ikinci qrup üçün 23,1 mindən 26 min, üçüncü qrup üçün 15,8 mindən 18 min drama qaldırılacaq. Hər iki valideynini itirən uşaqlar üçün pensiya 70 min yox, 80 min dram veriləcək.

Təbii ki, bu, hakimiyyətin ölkədə baş qaldıran və getdikcə böyüyən narazılığın, etiraz dalğasının yatızdırılması, qarşısının alınması üçün atılan məqsədyönlü addımdır. Əhali hakimiyyətin bu qərarına inanmadığını açıq-aydın söyləyir. Onların fikrincə, yaşayıb hər şeyi görəcəyik. Bunlar hamısı başyozmaq üçündür. Səfalət içində boğulan ölkə bu vəsaiti hardan alacaq. Bu barədə bir söz deyən yoxdur. Halva-halva deməklə ağız şirin olmur. Tutaq ki, kimsə borc verəcək. Axı, borcu verən elə-belə vermir ki, sabah vaxt tamam olanda boğazımızdan yapışacaq. Bu, sadəcə hakimiyyətin etiraz aksiyasını dağıtmaq, hakimiyyətlərini istədikləri kimi sürdürmək üçün növbəti fırıldaqdır.

Bir sözlə, Ermənistanda minimum əmək haqqının 2015-ci il iyulun 1-dən 55 min dramadək qaldırılacağı barədə anons etmək nazir üçün çətin iş olmayıb, lakin indiki reallıqda bunün necə reallaşacağı maraq doğurur.

Xatırladaq ki, hazırda 472.53 dram 1 dollar təşkil edir.



5576 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031