Mobil versiya
Komitə sədrinin 1-ci müavini: “Ramiz müəllimin dediyi nöqsanlar olub”
Tarix: 25-04-2018, 11:19 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Komitə sədrinin 1-ci müavini: “Ramiz müəllimin dediyi nöqsanlar olub”



Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib.

"Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib. Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla hnasısa iş görülüb. Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”-deyə Ramiz Mehdiyev bildirib.



Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Modern.az-a açıqlama verib.

Valeh Hacıyev bildirib ki, iş olan yerdə nöqsan da olur.

“Amma biz çalışırıq ki, nöqsanlar çox aşağı səviyyədə olsun. Nöqsanların həcmi çox az olsun. Amma iş olan yerdə nöqsan da olur. Yəqin ki, Prezident Administrasiyasının rəhbəri Ramiz müəllimin dediyi nöqsanlar olub. Amma bu illər ərzində Diasporla İş üzrə Dövlət Komitəsi olraq ölkə başçısının, dövlətimizin xarici siyasətində atdığı addımlarda, qəbul etdiyi qərarlarda həmişə iştirak etmişik. Hesab edirəm ki, yeni sədrin rəhbərliyi ilə də uğurlara imza atacağıq və olan nöqsanları da aradan qaldıracağıq”.

aia.az



54 852 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30