Mobil versiya
Prezident onlara etimad göstərdi - Nazirlər Kabinetinin yeni üzvləri
Tarix: 24-04-2018, 11:36 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prezident onlara etimad göstərdi - Nazirlər Kabinetinin yeni üzvləri




Nazirlər Kabinetinin yeni tərkibi artıq məlumdur. İqtidar komandasında bir sıra yeni simaları görmək olar. Ölkə başçısının sərəncamı ilə bəzi nazirlik və komitələrə yeni rəhbərlər təyin olunub. Yeni heyətdə daha çox peşəkar və gənc kadrlara üstünlük verilib. Əvvəlki komandada olan bəzi rəhbər şəxslər isə tutduqları vəzifələrdən kənarlaşdırılıb.

Belə ki, baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov vəzifələrindən azad olunub. Əvəzində Hacıbala Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

Nazirlərdən isə Səlim Müslümov, Heydər Əsədov, Hüseynqulu Bağırov yeni komandada yer almayıb. Onların əvəzinə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib. Təhsil nazirinin boş qalan yerinə isə Ceyhun Bayramova gətirilib. O, bundan əvvəl təhsil nazirinin müavini işləyib.

Komitə sədrlərindən Nazim İbrahimov, Əli Həsənov və Aydın Əliyev vəzifədən gedib. Prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri isə Samir Nuriyev olub.

Yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədriliyi Fuad Nağıyeva həvalə edilib. Milli Məclisin deputatı Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

Ümumilikdə Azərbaycan 4 yeni nazir, 4 komitə sədri, 1 xidmət rəisi və 1 agentlik rəhbəri dəyişib.

aia.az



5497 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30