Mobil versiya
“Əli oyuncaqlı uşaqları atan “valideynlər” çoxalıb” - Uşaq Birliyinin sədri
Tarix: 20-04-2018, 11:24 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Əli oyuncaqlı uşaqları atan “valideynlər” çoxalıb” - Uşaq Birliyinin sədri



“Hazırda münaqişəli ailələrin sayı çoxalıb. Həmin ailələr problemlərini həll edə bilmədikdə əli oyuncaqlı uşaqları ortaya atırlar. Bəhanə kimi də maddi durumu, uşağa baxmağı, diqqət göstərməyi gətirirlər”.

Bunu Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə Modern.az saytına deyib. O bildirib ki, münaqişələr səbəbindən uşaqların baxımsız vəziyyətə gəlib çıxması üçün münbit şərait yaranır:


“Baxın, yaxın günlərdə iki gün ərzində iki uşaq atılıb. Bu rəqəm əlbəttə, mənim üçün çox böyük rəqəmdir. Çünki 11-12 yaşlı uşaqlar artıq özlərini dərk edirlər. Ümumiyyətlə, onlar 4-5 yaşlarından özlərini dərk etməyə , hadisələri yadlarında saxlamağa , psixoloji təzyiqləri duymağa başlayırlar. 11-12 yaşında isə ailədə baş verən münaqişələri görən və ya onun episentrində olan uşaqların travmasını aradan qaldırmaq üçün uzun zaman lazım olur. Bu yaşda olan uşaqların ailədən uzaqlaşdırılıb onlarla iş aparılmasına da ehtiyac var. Dediyim iki uşaqdan birini artıq dünən nənənin qəyyumluğuna vermək istiqamətində müəyyən işlər görüldü və nəticəsi oldu”.


K.Ağazadə qeyd edib ki, çox nadir hallarda uşaqlarından imtina etdiyinə görə peşman olan və onu yenidən öz himayəsinə götürən valideynlərlə rastlaşır:


“Ana da, ata da yenidən ailə həyatı qurub. O deyir “mənim burda ailəm var”, bu deyir “hamınız qurban olasınız mənim arvadıma”. Ortada əziyyət çəkən kimdir? Təbii ki, uşaq. Əslində uşaq onlar üçün bir yükdür. Təsadüfi kontaktlardan, sevgidən doğulmayan uşaqların arxasınca gələn valideynləri tapmaq çox az müşahidə edilir”.

Müsahibimizin sözlərinə görə, sığınacağa yerləşdirilən uşaqlar zorakılığa məruz qalanlardır:

“Həmin uşaqlardan imtina faktı da psixoloji zorakılıq deyilmi? Biz o uşaqların ya yaxın qohumlarına , ya da ailə üzvlərində birinə bərpa olunması istiqamətində iş aparırıq. Bu mümkün olmadıqda isə uşaq dövlət müəssisələrinə yerləşdirilməsi istiqamətində müəyyən işlər görülür. Və ya icra hakimiyyəti məhkəmə qərarı ilə onların övladlığa verilməsini təmin edir”.

aia.az



5241 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30