Mobil versiya
Prezident Mingəçevirə 3 milyon manat ayırdı
Tarix: 27-02-2018, 17:11 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Prezident Mingəçevirə 3 milyon manat ayırdı


Prezident İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Mingəçevirdə bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən "ASAN həyat” Kompleksi, Bayraq Muzeyi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi, Gənclər evi, əlil və şəhid ailələri üçün ümumilikdə 140 mənzilli 4 yaşayış binası tikilib, "Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şəhər Mərkəzi Xəstəxanasının, Mingəçevir Dövlət Dram Teatrının, Tarix Muzeyinin binaları yenidən qurulub, təhsil ocaqları istifadəyə verilib. Bununla yanaşı, ümumi gücü 424 MVt olan "Mingəçevir” Su Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı fabrikləri yaradılıb, ümumilikdə 16 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd olunur ki, Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



aia.az



5214 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30