Mobil versiya
Əsl sənət fədaisi
Tarix: 21-02-2018, 10:23 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Əsl sənət fədaisi




Yaradıcılıqla məşğul oluram deyə teatrlarımızda tamaşalara tez-tez gedib baxıram. Mənim çox sevdiyim teatrlardan biri də Gənc tamaşaçılar teatrıdı. Gənc tamaşaçılar teatrının hazırladıqları tamaşaları çox bəyənirəm. Teatr mədəniyyətin, incəsənətin bir qoludu. Aktyor və aktrisa üçün teatr ikinci ocaq sayılır. Çünki saatlarla məşqlər, hansısa tamaşalara hazırlıqlar çoxlu vaxt aparır. Mənim çox sevdiyim aktrisa, respublikanın əməkdar artisti, Prezident mükafatçısı Gülər Nəbiyeva da o sənətkarlardandı ki, həmişə öz üzərində çalışır. Yenilikləri ilə biz tamaşaçılarını çox sevindirir. Gülər xanım 1992- ci ildən Bakı Kamera Teatrının, 2009 -cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak edib. Özünün dediyinə görə Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak edərək, yadda qalan obrazlar yaratmışdı. Teatr və kino sahəsindən əlavə aktrisa Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Estetika kafedrasının müəllimi çalışır.
Ceyms Linin "Karyera" əsərində "Barbara" obrazı
M. F. Axundzadənin " Müsjö Jordan və Dərviş Məstəli şah" da
"Xanpəri", "Gülçöhrə" rolları, "Otello", V. Şekspir
"Ezop", Q. Fiqeyredo
Gülər xanım tamaşaçılara təkcə teatrda oynadığı tamaşalarla tanış deyil. Televiziyalarda göstərilən bir-birindən maraqlı filmlərdə, teleseriallarda da biz sevənlərinin, tamaşaçılarının görüşünə gəlir. Məsələn, buna əyani sübut kimi 1995 - ci ildə çəkilmiş "Muğam" tammetrajlı filmində televiziya film-tamaşasında Gülər xanım qiraətçi rolunda çəkildiyi filmi,
2002 -ci ildə çəkilmiş "Əsirin qayıtması" qısametrajlı bədii filmində yaratdığı Əsmər rolunu,
"Qeybdən gələn səs" tammetrajlı televiziya film-tamaşasında Dilbərin tanışı rolunu,
Gülər xanımın 2005 - ci ildə "Girov" bədii filmində yaratdığı Sona rolu da uğurlu rollarından biridi.
"Muradına çatan günəş" serialı mənim də çox sevdiyim teleseriallardan biridi. Və Gülər xanım o teleserialda Elmira rolunu o biri tamaşalarda, filmlərdə oynadığı rollar kimi çox gözəl oynamışdı. Ümumiyyətlə Gülər xanım hansı tamaşanı oynayırsa, hansı obrazlar, rollar yaradırsa hamısı təbiidi. Çünki hər bir tamaşaya ürək qoyur, can qoyur. Tamaşlarını ürəklə oynayır. Elə ona görədi ki, Gülər xanımın sevənləri, tamaşaçıları çoxdu. Mən şəxsən bəzi aktyorlar və aktrisalar tanıyıram ki, tamaşaçılarla davranmaq qaydası yoxdu. Amma Gülər xanım elə deyil həmvətənlilərini, tamaşaçılarını, vətənini, xalqına özü kimi, doğması kimi çox sevir. Gülər xanımın belə gənc qalması təkcə Gənc tamaşaçılar teatrında gənclərlə çalışmasına görə deyil. Gülər xanımın həm də belə gənc qalması ona görədi ki, çox saf, təmiz insandı. Həmkarlarının uğurlarına, sevincinə sevinən, şadlanan, kədərlərinə kədərlənəndi. Gülər xanımın gecə-gündüz çəkdiyi əziyyət Dövlətimiz tərəfindən də dəyərləndirilib. 2000 - ci ildə “Dədə Qorqud” festivalının laureatı, 2002- ci ildə "Əməkdar artist" fəxri adı ilə, 2012 - ci ildə, 2017 -ci ildə Prezident mükafatına layiq görülüb.
Ən böyük arzumdu ki, əziz sənətkar bacım sizi "Xalq artisti" fəxri adı münasibətilə təbrik edək. Sizə ən əsası ailə səadəti, qadın xoşbəxtliyi, sağlam can arzu edirəm. Yeni tamaşalarda görüşənədək.

Hazırladı: Nəğməkar şair-yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı

aia.az

Əsl sənət fədaisi
Əsl sənət fədaisi



5563 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}