Mobil versiya
Ömürlük məhbus Qobustan türməsində öldü
Tarix: 18-11-2015 | Saat: 19:07
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Ömürlük məhbus Qobustan türməsində öldü

Azərbaycanda həbsxanada ölüm hadisəsi qeydə alınıb

Hüquq müdafiəçisi Eldar Zeynalov APA-ya bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Atakişiyev Şəyavuş Mehdi oğlu noyabrın 15-də ölüb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov faktı təsdiq edib. O, S.Atakişiyevin vəziyyətinin qəflətən pisləşdiyini bildirib: “Məhbus ürək xəstəliyindən əziyyət çəkirdi. Dəfələrlə müalicə müəssisəsində müalicə olunub. Noyabrın 15-də axşam saatlarında saxlanıldığı kamerada vəziyyəti pisləşib və dünyasını dəyişib”.

Qeyd edək ki, S.Atakişiyevin barəsində 1992-ci ildə ölüm hökmü çıxarılıb. Lakin 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bundan sonra onun barəsində olan cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024