Mobil versiya
"Qadın müğənnilərini satışa çıxaranlar" - Nadirlə Tolik arasında qalmaqal
Tarix: 3-02-2018, 11:29 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

"Qadın müğənnilərini satışa çıxaranlar" - Nadirlə Tolik arasında qalmaqal



Müğənni Nadir Qafarzadə İnstaqram səhifəsindəki paylaşımı ilə səs-küy yaradıb.

Axşam.az xəbər verir ki, bu gün "Hər şey daxil" verilişində prodüser Tarix Əliyevin (Tolik) xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasına Nadir münasibət bildirib.

Ondan sonra Tolik ad çəkmədən sosial media hesabından Nadirə ismarıc göndərib. Buna cavab olaraq, ifaçı da ad çəkmədən Toliki hədələyib:

"Deyəsən, mənim ağzımın açılması zamanı gəlib. Mən İlhamə xanımın şəklini paylaşanda heç bir zir-zibilə söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi "məmurlara" qız çıxartmamışam. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətlərini açıb söyləmək zamanı gəlib. Qadın müğənnilərini satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhət! Mən dəliyəm, məndə tormoz yoxdur".

Qeyd edək ki, bu gün prodüser Tolikin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasından sonra N.Qafarzadə hadisəyə münasibət bildirib.

O, sosial şəbəkədə mərhum xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşaraq Nazpəriyə söz atıb:

"Mənim ilk və son taclı sənətkarım. Sən dahisən. Yerin görünür".

Daha sonra isə prodüser verilişdə müğənninin başına tac qoymasını qınayanlara İnstaqram səhifəsində cavab verib:
"Nazpərinin sənətinə nə olub ki, bəziləri belə yanıb tökülürlər? Əcəb etmişəm, əlimin içindən gəlib... Yaltaqlar... Mən İlhamə Quliyevanın sağlığında da Nazpəri xanımla danışırdım. Mənə heç kim qadağa qoya bilməzdi. Heç İlhamə xanımın özü də...
Bir çıxın xalq arasına görün Nazpəri qədər hörmətiniz var? Sonra danışarsınız... İlhamə xanım da mərd idi, bəziləri kimi yox... İndi bir çoxları çıxıb ki, biz onun yaxınıyıq. Sizi yanına aparsın".

aia.az



5315 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031