Mobil versiya
Deputata qarşı hücumlar hansı məqsədlərə xidmət edir?
Tarix: 31-01-2018 | Saat: 15:02
Bölmə:Manşet / Seçilənlər-6 | çapa göndər

Deputata qarşı hücumlar hansı məqsədlərə xidmət edir?



Millət vəkili Ağalar Vəliyev yenidən müəyyən qüvvələrin böhtan kampaniyasına məruz qoyulub

Son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində millət vəkili Ağalar Vəliyevə qarşı əsassız hücumlar düzənlənməkdədir. Həmin yazıların mətni ilə tanış olduqda, mövzunun təmamən “növbətçi” ittiham və iradlardan təşkil olunduğu, növbəti dəfə bir insanı qaralamaq üçün bütün vasitələrin mübah hesab olunduğu qənaətinə gəlirsən. Bəs əgər həqiqət fərqli isə? Biz də bu suala cavab tapmaq üçün bəzi araşdırmalar apardıq və nəticədə Ağalar Vəliyevin həyat və fəaliyyəti barədə çox maraqlı faktlar əldə etdik...

Ağalar Vəliyev 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Göründüyü kimi, Ağalar Vəliyev 20 ildən artıq bir müddət ərzində (1976-1998) adi fəhləlikdən başlayaraq, böyük bir ASC-nin sədri vəzifəsinə qədər yüksələ bilmişdir. Millət vəkilinin həyat yoluna saldığımız bu ötəri baxış onu deməyə əsas verir ki, Ağalar müəllim bu mənsəbə öz zəhməti, gərgin əmək fəaliyyət sayəsində sahib olmuşdur.




Eyni zamanda, minlərcə seçicinin etmiad göstərərək deputat seçdiyi Ağalar Vəliyev bu məqamda da ona göstərilən etimadı hər zaman doğrultmuş, bir millət vəkili kimi, öz fəaliyyətini daim seçicilərinin mənafeyləri baxımından nizamlamış,deputat seçildiyi ərazilərin sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsinibu fəaliyyətin prioritet istiqamətləri kimi müəyyənləşdirmişdir.Dövlət başçımızın təşəbbüsü və dəstəyi ilə müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində respublikamızın bütün reqionlarında olduğu kimi, təmsil etdiyi rayonlarda həyata keçirilən quruculuq və abadlıq işləri kontekstində seçicilərin sosial sifarişlərinin yerinə yetirilməsi məqsədi ilə millət vəkili tərəfindən əməli tədbirlər görülüb.Öz seçiçiləri ilə keçirilən müntəzəm görüşlərdə, aparılan mütəmadi qəbullarda, vətəndaşların fərdi və kollektiv müraciətlərində qaldırılan problemlərin həllinə köməklik göstərilməsi, məhəllədaxili yolların asfaltlanması, əhalinin enerji daşıyıcıları və komunal xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədi ilə deputat tərəfindən hər zaman məqsədyönlü və səmərəli işlər görülüb.

Xalqımızın xeyiriyəçilik, xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq millət vəkili tərəfindən mütəmadi olaraq, Novruz və Qurban bayramları, Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şəhid, əlil və aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb, Ramazan bayramı münasibəti ilə yerlərdə böyük iftar mərasimləri təşkil olunub. Seçicilərlə keçirilən görüşlərdə və aparılan qəbullarda fərdi qaydada müraciət etmiş insanlar ixtisaslarına uyğun işlə təmin olunub, şəhid ailəsi, əlil, tənha və ahıl insanlar da daxil olmaqla ağır sosial vəziyyətdə yaşayan çox sayda seçicilərin müalicəsinə, evlərinin tikintisinə, mənzillərinin təmirinə, müxtəlif təyinatlı avadanlıqlarla və ləvazımatlarla təmin edilməsinə maliyyə yardımı göstərilib. Milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq, bilavasitə millət vəkilinin təşəbbüsü və dəstəyi ilə çox sayda imkansız mömin seçicilər Məşhəd və Həcc ziyarətinə göndəriliblər.

Yeni Azərbaycan Partiyasının namizədi kimi parlamentdə təmsil olunan A.Vəliyev fəaliyyətinin ən önəmli istiqamətlərini ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurların təbliği təşkil edib.

...Əlbəttə ki, bu məlumatlar Ağalar Vəliyevin bütün fəaliyyətini heç də tam əks etdirə bilməz. Bununla belə, ən azından millət vəkilinə qarşı böhtan və iftira ilə çıxış edənlər bəlkə də, özlərinin indiyədək bu xalq üçün, bu dövlət üçün nə etmiş olduqları barədə bir qədər düşünmək istəyərlər.


aia.az
Mehman Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024