Mobil versiya
Əsəd ordusu İdlibə hücuma keçdi - Moskva Ankara ilə razılaşmanı pozdu
Tarix: 16-01-2018, 14:59 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əsəd ordusu İdlibə hücuma keçdi - Moskva Ankara ilə razılaşmanı pozdu


Suriyanın Hama və Hələb bölgəsindəki silahlı müxalifət Suriya ordusunun İdlib vilayətindəki hücumlarının qarşısını almaq üçün bu əraziyə yerləşib.


Modern.az xəbər verir ki, İdlib vilayətinin cənub-şərqinə dislokasiya olan müxalifət Əsəd qüvvələrinin sıxışdırdığı “Həya-Təhrir -əş-Şam” qruplaşmasına (keçmiş "Ən Nüsrə Cəbhəsi") dəstək verəcək.



İnformasiya agentliklərinin məlumatına görə, Suriya ordusu 2015-ci ildə Suriya müxalifətinin nəzarətə götürdüyü Əbu-əd-Duhur aviabazasını geri qaytarmağa çalışır. Hökumət ordusuna hücumlarının sayını artıran muxalifət qüvvələri əsədçilərin İdlibin cənub-şərqində və Hələbin cənub-qərbində mühasirəyə aldığı silahdaşlarına yardım etməyə cəhd göstərir.



Qərb mediasının son məlumatlarına görə, 4 gün ərzində Suriya ordusu Hələbin cənub-qərbində 60 kəndi, o cümlədən Əbu-əd-Duhur aviabazasına doğru 26 kəndi azad edib. Maraqlıdır ki, İdlib Suriya hökumət qoşunlarının tam nəzarətindən çıxmış yeganə vilayətdir və bu bölgədə gərginlik Qərb ölkələrinin də narahatlığına yol açıb.
Fransa və BMT-nin tənqidləri son 1 ayda döyüşlər nəticəsində 100 min İdlib sakinin Türkiyə sərhədinə doğru hərəkət etməsi və yeni qaçqın axını ilə bağlıdır.



İdlib bölgəsi ilə sərhədləri olan Türkiyə rəhbərliyi isə Rusiya və İrandan Bəşər Əsədə təzyiq göstərərək, İdlibə hücumlarını dayandırmağı tələb edib. Yaranmış situasiyanı müzakirə etmək üçün yanvarın 9-da Ankara İran və Rusiya səfirlərini də Xarici İşlər Nazirliyinə çağırmışdı.



Rəsmi Ankara Moskva ilə Astanada əldə etdiyi razılığa əsasən, İdlibin atəşkəs rejiminə daxil olan bölgə kimi tanındığını xatırladıb.


Rusiyalı politoloq Leonid İsayevin fikrincə, Suriya ordusunun İdlibə irəliləməsi İran, Rusiya və Türkiyə arasında imzalanmış razılaşmanın şərtlərinin pozulmasıdır.


“Biz doğurdan da İdlibin döyüşlərdən azad ərazi olduğunu qəbul etmişdik. İndi baş verənlər bunun əksidir və türklər bizə bunu demək istəyirlər. Amma digər tərəfdən, Dəməşqin əlində başqa çarə də yoxdur”.



Ekspertin fikrincə, rəsmi Moskva Əsədə İdlibi azad etməyə birbaşa yardım göstərməsə də, özəl hərbi şirkətlərin döyüşçü və avadanlıqları Suriya ordusuna dəstək verəcək.

aia.az



5268 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031