Mobil versiya
Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir
Tarix: 29-11-2017, 12:03 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir



28-29 noyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Baş nazirinin sədrliyi ilə ikinci "İpək Yolu" Beynəlxalq Forumu kecirilir.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 50-dən çox ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda regional və qlobal ticarət, elektron ticarət imkanlarının genişləndirilməsi, rəqəmsal baglantılar və bu istiqamətdə mümkün maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturu və eləcə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə ölkələrimizin iştirakı ilə həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olub.

Forumda çıxış edən "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan üçün Bakı-Tbilisi-Qars dəmir yolu prioritet layihələrdən biridir. Bu dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.

Bu xətt Mərkəzi Asiya ölkələri və Çini Türkiyə və Avropa ölkələri ilə birləşdirəcək. Bu dəmir yolu orta hesabla hər il 5 milyon ton yük daşıma gücünə malik olacaq. Yük daşınmaları sahəsinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da işlər davam etdiriləcək.
İkinci "İpək Yolu" Beynəlxalq Forumu bu gün öz işini davam etdirir.

aia.az



5257 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930