Mobil versiya
SOCAR-ın neft quyusunda qəza - 2 nəfər yaralanıb
Tarix: 3-11-2017, 11:50 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

SOCAR-ın neft quyusunda qəza - 2 nəfər yaralanıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) quyuda qazma zamanı baş vermiş qəza ilə bağlı məlumat yayıb.

SOCAR-dan verilən məlumata görə, "Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.


aia.az



5332 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930