Mobil versiya
Zakir Həsənov Gürcüstanın Baş Qərargah rəisi ilə görüşdü
Tarix: 16-10-2017, 15:23 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Zakir Həsənov Gürcüstanın Baş Qərargah rəisi ilə görüşdü


Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

aia.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanla Gürcüstan arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilən səmərəli əməkdaşlıq təcrübəsini müzakirə edən tərəflər bu münasibətlərin bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaratdığını xüsusi qeyd ediblər.

Görüşdə Silahlı Qüvvələrin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin, o cümlədən hərbi mütəxəssislərin görüşlərinin təşkili və keçirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə köməklik göstərəcəyi bildirilib.

Tərəflər Gürcüstanın da iştirakı ilə üçtərəfli və ikitərəfli formatda birgə təlimlərin keçirilməsinin Silahlı Qüvvələrimizin bölmələri arasında əməliyyat uzlaşmasının əldə olunmasına və regional təhlükəsizliyə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.

aia.az



5310 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031