Mobil versiya
Bakıda tutulan erməninin cinayət işi geri qaytarıldı
Tarix: 23-06-2017, 16:47 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda tutulan erməninin cinayət işi geri qaytarıldı



Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs M. Ueldanov özü də iştirak edib. Məhkəmə şikayətə baxsa da, işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb. Prosesdə hakim bildirib ki, cinayət işi rus dilinə tərcümə olunmadığı üçün Bakı Apellyasiya Məhkəməsində baxıla bilməz. Hakimin qərarına görə, cinayət işi birinci instansiya məhkəməsində tərcümə edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

M.Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Ueldanov hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsilə təqsirli bilinib.

Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov erməni olduğuna görə saxlanılıb.

AİA.az



5422 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031