Mobil versiya
Suda boğulmaq istəmirsinizsə, bunlara əməl edin!
Tarix: 15-06-2017, 14:41 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Karusel | çapa göndər

Suda boğulmaq istəmirsinizsə, bunlara əməl edin!



Bu gündən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə çimərlik mövsümü başlayır. Yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər kəs dənizlə təmasda olmaq üçün çimərliklərə üz tutur. Lakin çimərliklərə getməmişdən öncə bilməli olduğumuz bəzi vacib məqamlar var.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılır.

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti çimərlik mövsümündə suda boğulma hallarının qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Fövqəladə hallar Nazirliyi suda ehtiyatlı olmaq, davranış qaydalarına əməl etməklə bağlı təhlükəsizlik təlimatlarını yayıb.

Təlimatlarda qeyd edilir ki, qanunvericiliyin tələblərinə görə çimərlikdə aşağıda göstərilən hallar qadağan edilir:

- Çimmək üçün ayrılmamış yerlərdə çimmək;
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək;
- Su axınlarından sahildən 20 m-dən artıq məsafəyə üzmək (uzaqlaşmaq)
- Müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və debarkaderlərə, digər texniki qurğulara üzüb yanaşmaq;
- Texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və bakenlərin üstünə çıxmaq;
- Körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;
- Xüsusi təyinatlı vasitələrə (hava ilə doldurulan jilet və döşəkləri) aid edilməyən üzən cisimlərdən istifadə etmək;
- Gəmiçiliyə yararlı su axını və su tutarlarına üzüb keçmək;
- Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək;
- Suda kobud hərəkətlərə yol vermək
- Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək;
- Çimmə zonasında balıq ovlamaq;
- Gecələmək, həmçinin fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala artması xəbərdarlığından sonra çimərlikdə qalmaq.

Çimərliyə daxil olan hər bir vətəndaşın orada fəaliyyət göstərən FHN xilasedicilərin tələblərinə sözsüz əməl etməsi çimərlikdə təhlükəsizlik üçün vacib şərtlərdəndir. Unutmaq olmaz ki, istirahət hüququ, heç kimə başqalarının həyatı üçün təhlükə yaratmağa imkan vermir.

Bir sözlə, suda ehtiyatlı olmaq, təlimatlara, davranış qaydalarına əməl etmək təhlükəsizliyin etibarlı rəhnidir.

AİA.az



5355 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-04-2019
23-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}