Mobil versiya
Bakıda taksi və avtobus problemi aradan qaldırılır
Tarix: 31-05-2017 | Saat: 16:26
Bölmə:Gündəm | çapa göndər

Bakıda taksi və avtobus problemi aradan qaldırılır




Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən zəruri tədbirlər görülüb.

BNA-dan verilən məlumata görə, sözügedən ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub.

Ərazidə taksilərin avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib. Görülən infrastruktur tədbirləri ilə yanaşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndirib.

Bakı Nəqliyyat Agentliyi paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirləri davam etdirir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024