Mobil versiya
"Ermənilər Tərtəri iki istiqamətdən atəşə tutublar" - İcra başçısı
Tarix: 17-05-2017, 17:12 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Ermənilər Tərtəri iki istiqamətdən atəşə tutublar" - İcra başçısı



Mayın 16-da axşam saatlarında Tərtər rayonunun təmas xəttində yerləşən ərazisi erməni silahlı birləşmələri tərəfindən iki istiqamətdən atəşə tutulub.

AİA.az xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilər həmin əraziləri minaatanlardan atəşə tutublar:

"Təxminən saat 22:30 radələrinə qədər ərazilərimiz atəşə tutuldu. Kəndlərdə dağıntı yoxdur. Əsasən boş sahələrimiz atəşə tutulub. 22:30 radələrində Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurdu. Hazırda sakitçilikdir, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Eyni zamanda, düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.
Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

AİA.az



5482 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930