Mobil versiya
Abşeronda usta adı ilə evə girib talan etdilər - Qadını döydülər, protez dişlərinə kimi apardılar
Tarix: 2-05-2017, 10:08 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Abşeronda usta adı ilə evə girib talan etdilər - Qadını döydülər, protez dişlərinə kimi apardılar



Abşeronda naməlum şəxslər evə basqın edərək ev sahibəsini soyublar.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsi 71 ünvanında baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən iki naməlum şəxs həmin ünvandakı mənzilin qapısını döyərək özlərini ev sahibəsinə qonşuluqdakı evin ustaları kimi təqdim ediblər.

Ev sahibəsi, 64 yaşlı Abbasova Dürdanə Abbas qızı mənzilin qapısını açdıqda naməlum şəxslər ona hücum edərək qadını döyüblər. Quldurlar daha sonra qadının əl-qollarını bağlayaraq evi talan etməyə başlayıblar. Cinayətkarlar evdən 400 manat pul, qadının protez dişini, mobil telefonunu və gümüş əşyalarını götürərək mənzili tərk ediblər.

Faktla bağlı araşdırma aparılır.

AİA.az



5342 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30