Mobil versiya
İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri
Tarix: 29-04-2017, 17:51 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri



Məhkəmə prosesi davam edən ləğv edilmiş MTN-nin Anti-terror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev və dəstəsinin cinayət əməlləri ortaya çıxmağa başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun qurbanlarından biri də Xəzər rayon icra başçısının 1-ci müavini Ələkbər Heydərov olub.

2011-ci ildən 2013-cü ilə qədər icra başçısının müavini olan Ə.Heydərov istintaqa ifadəsində başına gələnləri danışıb. O bildirib ki, 2011-ci ilin may ayında başçı Gülağa İslamov onun MTN-ə çağırıldığını deyib: “Niyə məhz məni çağırdıqlarını bilmədim, başçı dedi ki, get öyrən. Nazirliyə getdim, özümü təqdim edəndən sonra məni bir otağa apardılar. Orada adını bilmədiyim bir neçə şəxs mənə saxta sərəncam verdiyimi dedilər. Mən isə buna səlahiyyətim olmadığımı dedim. Sonra isə hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa adama satdığımı dedilər. Onlardan sənəd istədim, 1999-cu ilə aid hansısa sənədi göstərdilər. Mən belə bir şey etmədiyimi dedim”.

Heydərov qeyd edib ki, daha sonra ona Abşeron rayon icra başçısının müavininin də MTN-ə çağırıldığını deyiblər: “Dedilər ki o da cinayətini etiraf etməyib, amma sonradan azad olunması üçün pul verməyə razılaşıb. Buraxıldıqdan sonra isə onları aldadaraq aradan çıxıb və pulu gətirməyib. Bunlar isə həmin müavini narkotik maddələrin qaçaqmalçılığı adı ilə həbs ediblər. Məni bir müddət saxlayandan sonra rəisin qəbul edəcəyini dedilər və İlqar Əliyevin qəbuluna apardılar”.

Ə. Heydərov bildirib ki, sonradan intihar edən polkovnik İ.Əliyev onun nazirliyə nazir Eldar Mahmudovun göstərişi ilə çağırıldığını deyib: “İlqar Əliyev yenə də mənim saxta sərəncam verdiyimi dedi, mən isə təkzib etdim. Bu dəfə İlqar Anti-Terror mərkəzinin gücündən danışdı və onlar istəməsə heç kimin buradan çıxa bilməyəcəyini deyib məni başqa adla da həbs edə biləcəklərini bildirdi. Sonra isə oğlumun cavan olmasını, onun silah və ya narkotiklə həbs edilə biləcəyini dedi və özümdən daha çox oğlumu düşünməyimi istədi. Mən bundan sonra qorxdum, İlqar əli ilə 5 göstərib 500 min manat verməyimi istədi, o qədər pulumun olmadığını dedim.

O dedi ki, sənə hörmət edirəm və kağıza 300 min yazıb son rəqəm olduğunu göstərdi. İlqar Əliyev əlavə etdi ki, pulun hamısı özünə çatmayacaq, məbləğin çoxunu nazirə və idarə rəisinə verəcək. Bir həftəyə pulu düzəldə biləcəyimi dedim, ordan çıxandan sonra öz qohumlarımdan və oğlumun dostlarından borc yığdıq. Pulu MTN-ə gətirib İlqar Əliyevin otağında özünə verdim. Bu barədə heç yerə şikayət etmədim, çünki həmin vaxt MTN-dən kiməsə, harasa şikayət etməyin mənası yox idi”.

Bu epizod üzrə istintaqa ifadə verən MTN generalı Elçin Quliyev Ə.Heydərovu tanımadığını, onun MTN-ə çağırılmasından xəbərsiz olduğunu deyib.

AİA.az



5442 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
10-06-2017, 10:58 Daha bir yol təmir olunur



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031